Ümidin səsi - Fatma Məcidova

Ümidin səsi - Fatma Məcidova


Ümidin Səsi


Sükutun içində bir işıq yanar,

Qaranlıq gecəyə nurdan pəncərər.

Yıxılsan da, qəlbin yenə də inanır,

Çünki içində bir ümid var hələ.


Göz yaşın torpaqla qarışsa belə,

Sabahın rəngi doğar gizlicə.

Ürəyin yorular, əllərin titrər,

Amma ruhun deyər: “Bitmədi hələ…”


Dağlar dilsiz durar, yollar kəsilər,

Küləklər üşüdər solğun hissləri.

Lakin bir nida var içdən gələn:

“Gecə sonsuz deyil… Gün doğacaq!”


Səndən qaçan illər, susan səslər,

Əzabla yazılmış keçmiş səhifə…

Hamısı solacaq, əyilib gedər,

Əgər bir ümid qalırsa içində.

Şərhlər (10)

  1. ramil

    @ramil

    03 avqust 25, 13:00

    Hər qaranlıq gecənin,nurlu bir şəhəri olsada,şeirdə bir ümidlə  gecənin necə  nurlandıgı ,dəyərli sözlərlə  təsvir edilmişdir...

    Uğurlar 🌟

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      12 avqust 25, 11:08

      Təşəkkürlər🫠

  2. Fatima

    @Fatima

    29 iyul 25, 22:06

    Bu şeir sanki ruhun dərinliyindən gələn bir pıçıldıdır. Hər bənddə ümidsizliyin içindən boylanan bir işıq var. Sözlər sadə olsa da, verdiyi hiss çox güclüdür. Oxuyarkən həm sakitləşdirir, həm də insana "davam et" deyir. Çox təsirli və səmimi bir şeirdir. Son ölən ümidlərdir.

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      30 iyul 25, 08:44

      Təşəkkürlər🫠❤️

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    29 iyul 25, 19:17

    Hər misrada bir tanış ağrı, amma bir o qədər də tanış ümid var. Bəzən insanın içində qopan fırtınanı bircə “Bitmədi hələ…” deyə bir səs sakitləşdirir. Sizin şeirinizdə də o səs danışır. Çox gözəl ifadə etmisiniz. Məncə, içimizdə ümid varsa, həqiqətən də heç nə bitməyib.

    Uğurlar, maraqlı idi 🤍

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      30 iyul 25, 08:43

      Çox çox sağolun, yazınız da çox gözəldi. Təşəkkürlər🫠😍

  4. SİRİUS

    @SİRİUS

    29 iyul 25, 16:11

    İçden gelen sözleri qarmaqarışıq yazmısınız ama qəşəngdi. Uğurlar ❤️

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      29 iyul 25, 17:34

      Çox sağolun təşəkkürlər😍

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    29 iyul 25, 15:49

    Ən qaranlıq anlarda içimizdə bir ümid varsa yola davam etməyə dəyər✨✨✨

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      29 iyul 25, 17:36

      Bəli, bir ümid varsa yolun sonunda mükafatını almağa hazır olmalısan. Bir ümidi görüb davam etsən, ən gözəlinə çatarsan❤️🫠

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol