Qoca palıd və mən - Şahmalı Hasan

Qoca palıd və mən - Şahmalı Hasan

Qoca palıd və mən


Səhərin sərin mehiylə

rəqs edirdi pəncərənin bəyaz tülləri.

Gözümü açmadan da görürdüm onu,

Elə bil açılmışdı bəsirət gözüm 

Necəki pəncərəmdə açılıb bahar gülləri.

Qəribədir, həftə içi dörd divar içində 

Gedirdik, gözüyuxulu bir biçimdə 

Hər birimiz səhər tezdən məktəbə.

Həmin günlər gözlərimdən asılırdı daş

İstəməsəm də, "dur, dur, gecikmə" səninə

Göz qapaqlarım açılardır,

Əlibabanın mağarası tək yavaş-yavaş.

Qırx deyildik, iyirmi beş "quldur" idik. 

Ağaca asılan dəmir döyəclənəndə

Qaçaraq otaqlara doluşur idik.

Eləki keçirdi zaman, gəlirdi isti yay

Bizim gözümüzdə yuxumu qalardı? Ay hay!

Tezdən xoruzu biz oyadardıq.

Günəşi gözümüzdə 

al qırmızıya boyadardıq.

Qoyun, quzu, toyuq, cücə 

Hamı bizdən sonra oyanıb 

Məşğul olurdu öz işində,

bizsə gölə çimmək üçün 

çıxardıq aradan gizlicə.

Birdə gələrdik evə olunca gecə.

Ax, keçirdi həyatımız gör necə!?

Uşaq idik, qanmırdıq!

Alışırdıq, yanmırdıq! 

Zaman belə tez gəlib keçəcək?

Sanmırdıq!

Heyif! 

Qocaltdı bizi zalim fələk

Qocaltdı həyətdəki qoca palıd tək...

Şərhlər (6)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    07 avqust 25, 22:06

    Şeirin ürəyimə toxundu, uşaqlıq illərimizin o sadə və azad anlarını gözümün önünə gətirdi. Zamanın necə sürətlə keçdiyini, bizdən nə qədər uzaqlaşdığını hiss etmək həm kədərli, həm də düşündürücüdür. Amma o günlərin xatirəsi həmişə ürəyimizdə bir işıq kimi qalacaq. Təbiətin, dostluğun və sadə həyatın dəyərini sən məhz belə gözəl ifadə etmisiniz.

    Uğurlar 🤍

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      07 avqust 25, 22:48

      Təşəkkürlər. 🙏

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    07 avqust 25, 19:37

    Uşaqlığıma geri döndüm bir an.Nə gözəl günlər idi.İndiki uşaqlara bəzən yazığım gəlir.Nə oyun oynayırlar,nə maraq qata bilirlər günlərinə.Hansına baxsan əlində telefon...

    O zamanlar hər şey çox fərqli idi.Həmdə gözəl 🥰😊🥰

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      07 avqust 25, 21:10

      Bir azdan bir başa virtual dünyada doğulacaqlar... Heyif bizim uşaqlıq günlərindən...

  3. SİRİUS

    @SİRİUS

    07 avqust 25, 19:34

    Əsas olan qocalmaq deyil ki her kes vaxtı gələndə qocalır . Əsas olan gec ahıllanmaqdır. Uğurlar.

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      07 avqust 25, 21:10

      Hər kəsin yaşı artır, amma hər kəs qocala, müdrikləşə bilmir...

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol