Gələrsən?— Ruh.Antares

Gələrsən?— Ruh.Antares

                                   “Gələrsən?”


Nə oldu, döndün daşa bu gecə?

Sən axı bu qədər susan deyildin…

Hər gün sarıldığım həmən qadınsan,

Sən axı bu qədər dəyişməmişdin.


Çəndir eşqimizin, duman yolları,

Bizimçün məhəbbət açıb qolların.

Təmizdir eşqimiz, təmizdir yolun,

Nə oldu, de görüm, dəyişdin yolu?

Sən axı bu qədər bezən deyildin…


Gəl ki, daimi olsun bu məhəbbət,

Eşqimiz gül kimi saçsın təravət.

Canımdan bezib bütün şəriət —

Nə oldu, “dünyalar qədər sevirəm” deyirdin?


Qanunsuz sevgiyə qanun qoyma sən,

Əlimi uzatsam, bilirəm — gələrsən.

Hər sətrimdə nəfəs kəsirəm, bilirsən?

Mən sənsiz sevgini seçən deyiləm…


Başa düş — damarımda axan qanımsan,

Çarəsiz ömrümə çarə qadınsan.

Eşqimlə qışqırsam, səsimi duyarsan?

Sən mənim əbədi sevdiyim gözəl qadınsan.


İllərimiz saniyə tək keçəcək,

Güllər xətrimə dəysə nə dəyişəcək?

Səndən geriyə qalan gözəl bir addır…

“Gözəl gözlüm” də deyə bilmirəm,

Bilirəm — o gözlərə,gözlərim yaddır...



Şərhlər (5)

  1. XeYka

    @XeYka

    11 avqust 25, 04:12

    Çox Şeir Oxuyan Biri Deyiləm, Amma Musiqi bir qədər Mahnı yaza bilirəm və bildiklərimlə deyə bilərəm ki....

    Bu şeir çox əladır. Oxuduqlarımın içində bəlkədə ən yaxşı şeirlərdən 1-dir. 

    Qələminizə sağlıq. 

    Uğurlar 🫡 

    1. ramil

      @ramil

      12 avqust 25, 23:54

      Çox sağolun 🙏 

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    08 avqust 25, 23:28

    Bir qadın  susarsa ona nə qədər nəğmələr şeirlər qoşmuş olsan belə zərrə qədər nə hiss etməz nə yaşama nə duymaz görməz.Gözəl gözlədindən var olmaq üçün o gülən gözləri kədərlə doldurma ey insan oğlu.

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    08 avqust 25, 11:59

    Şeir sevgidəki qırılmaları və ümidləri danışır. İnsan sevdiyi dəyişəndə çaşır, amma yenə də onun dönəcəyinə inanır. Burada həm sevgi var, həm də itki hissi. Hər misrada hisslər ürəkdən gəlir..

    Uğurlar, maraqlı idi 🤍

    1. ramil

      @ramil

      08 avqust 25, 12:12

      Təşəkkürlər ✨ 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol