İsakın Cinayəti (Bölüm 1) - Xeyka

İsakın Cinayəti (Bölüm 1) - Xeyka

Salam, Əziz və dəyərli insanlar.

Bu məktubum məni sevən-sevməyən hər kəsədi. Hər kəsin bildiyi kimi mənim adım Xəyaldı. Lakin hər kəs mənə Isaac (Ayzek) deyir.

Hə... Hə... Isaac!

Nəysə, mövzudan çox uzaqlaşmayaq. Bu bir intihar məktubudur. Burda Isaac'ın ölümündən öncə sizə olan son sözlərini qeyd edib, intihar etdiyim masanın üzərinə qoyacam...Davam edirəm...


Əziz Sevgilim. Sənə çox şeyə görə təşəkkür edə bilmirəm amma mənə qazandırdığlarına görə edəcəm.

Mənə qazandırdığın nifrət hissinə, mənə qatdığın əsəb və stressə, mənə qazandırdığın təklik hissinə görə çox sağol. Buna görə sənə çox minnətdaram.....


Əziz Tanrı. Səni sevirəm. Bilirəm sən varsan. Amma mən sənə düzgün necə inanım bilmirdim. Hansı dindəsən. Yahudi, Xristian Müsəlmansan ya da Hindu, budist və s. bunlardan hansındasan? Verdiyim sualın cavabını çox güman ki Dərgahında alacam......


Hər şey Bura qədər idi....

Bilirsiniz bu gün mənim 18-ci doğum günümdü və mən sizə məni bu gün də tək buraxdığınız üçün təşəkkür edirəm.


Əlvidalar.....


(Isaac oturduğu yerdən ayağa qalxar və şalvarının arxa hissəsində kəmərinə taxılmış silahını çıxarır və başına dayayır. Bir neçə dəqiqə sükut çökür. Dərin sükutdan sonra Isaac silahın tətiyin çəkir.)


Bom-b-b (Silahın atəş açan səsi)


Masanın üzərində bir məktub Var və üzərində ( İntihar məktubu) yazılıb. Məktubun üzəri isə qan ləkələri ilə qızarmışdı....


Silahın səsinə gələn hərkəs isə sadəcə yerdə yatan və beyni darma-dağın olan bu şəxsin kim olduğunu müəyyən etməyə çalışırdılar.....

BÖLÜM 2

Şərhlər (8)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    04 sentyabr 25, 01:07

    Unutma hər gedişin içində bir başlanğıc gizlənir.Əlvida dediyin anlarda da  içində yenidən başlama gücü var...Mən oxucudan siz gənc yazara kiçik bir motivasiyya.

    Hekayəniz də maraqlı idi.Gərçək həyatdan yaşanılmışları dilə gətirib qələmə almısız😊

    1. XeYka

      @XeYka

      04 sentyabr 25, 16:21

      Çox təşəkkür edirəm 🖤 Fikirləriniz üçün çox Sağolun 

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    02 sentyabr 25, 16:56

    Oxuduğum mətn çox ağır gəldi mənə. İçindəki ağrı, tənhalıq və qırılmış ümidlər çox aydın duyulur. Siz bunu yazarkən sanki içinizdəki qaranlığı kağıza tökmüsünüz. Mən bunu sadəcə yazı kimi deyil, içindən gələn bir səs kimi gördüm. 

    Uğurlar, maraqlı idi

    1. XeYka

      @XeYka

      03 sentyabr 25, 02:00

      Təşəkkürlər 🖤 Fikir Bildirdiyiniz üçün)

  3. SİRİUS

    @SİRİUS

    02 sentyabr 25, 15:23

    Hekayə çox içdən yazılıb . Burda birinin yaşamaq hevəsini,sevgisini , nefesini belə itirdiyini asanlıqla hiss etmək olur. Biri sanki artıq yaşamaq istəmədi. Bu həyatda nəyi çox sevsək o bizdən alınır. Nəyin uğrunda mübarizə aparsaq o bizə deyil başqasina qismət olur. Nəyi canımızdan çox sevsək o bizim canımızı alır.  Ölüm qədər ciddi olan bu həyatı çox ciddiyə almaq lazım deyil . 

    Uğurlar 

    1. XeYka

      @XeYka

      03 sentyabr 25, 02:00

      Fikriniz üçün təşəkkür edirəm 🖤 🫡 

  4. ramil

    @ramil

    02 sentyabr 25, 13:43

    Hekayədə həyatı çətinliklərlə,problemlərlə və daxili mübarizələrlə,keçmiş bir şəxsdən danışılır.

    Anladığım qədəri ilə bu şəxs bu həyatın, üzərinə gedib,həyatın əsl üzünü ortaya çıxarmaqdansa,Ruhən Allaha,cismən özunə aid olan bir bədəni cansız ,soyuq bir məzara vaxdından tez aparır...

    Uğurlar 🌟 

    1. XeYka

      @XeYka

      03 sentyabr 25, 02:01

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🖤 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol