Sənsiz

Sənsiz

Sənsiz

Gözəlim, gözəlsən sərin meh kimi, 

Güllərin üstünə düşən şeh kimi.

Məni atıb getdin, qaldım avara

Yolları dolandım bir səfeh kimi. 


Hər kəsdən çox sevən yar oldum sənə, 

Yayın istisində qar oldum sənə. 

Bir zaman mən sənin geniş dünyandım

Söylə,indi niyə dar oldum sənə.


Saçların dəydikcə üzümə mənim, 

Sanki işıq gəlir gözümə mənim. 

Bir zaman sevərdin, çox istəyərdin

İndi heç baxmırsan sözümə mənim. 


Saçımda əlimin izləri qalıb, 

Qəlbin deyilməyən sözləri qalıb. 

Dünyaya səs salan bizim sevgidə 

Bilirəm yadların gözləri qalıb. 


Bir zaman əlimi tutan əllərin, 

Uzun hörüklərin, qara tellərin. 

Bəs niyə acı bir zəhərə dönüb

Mənə "canım" deyən şirin sözlərin. 


Nəfəssiz qalıram mən gecələrdə, 

Sənsiz uzun gəlir bu gecələr də. 

Səni axtarıram, arayıram mən

Birgə gəzdiyimiz o küçələrdə. 


Qayıt gəl, gözəlim, sevindir məni, 

Şirin sözlərinlə sən dindir məni. 

Sənsiz qəmə batıb çox ağlamışam

Daha dözmürəm mən, gəl, güldür məni

Şərhlər (7)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    02 aprel 26, 14:27

    Oxuduğun şeirdə ,hekayədə hərdən insan özünün görməsi...Bu olsa gərək...

    1. Şəbnəm

      @Şəbnəm

      02 aprel 26, 19:23

      Təşəkkür edirəm 🥰 

  2. Elmir

    @Elmir

    02 aprel 26, 12:37

    Oxuduğum ən gözəl şeyirlərdən.

    1. Şəbnəm

      @Şəbnəm

      02 aprel 26, 14:19

      Çox təşəkkür edirəm 😊 

  3. Şəbnəm

    @Şəbnəm

    31 mart 26, 21:27

    Çox təşəkkür edirəm, dəyərli fikirləriniz üçün 🥰 

  4. M.Aliyeva

    @M.Aliyeva

    31 mart 26, 20:59

    İstər bədii,istərsə də nəzəri tərəfdən gözəl şeirdir.Hicranın poetik təsviri çox gözəl alınıb.Qələminizə qüvvət,ürəyinizə sağlıq!

    1. Şəbnəm

      @Şəbnəm

      31 mart 26, 21:29

      Çox təşəkkür edirəm dəyərli fikirləriniz üçün 🥰 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol