Boğulan xəyallar - Nəzrin Mahmudova

Boğulan xəyallar - Nəzrin Mahmudova

"Xəyallarınızı sizdən başqa heç kim anlamayacaq. Amma siz yenə də davam edin"

- Steve Jobs

Hər bir valideynin uşağın yaxşılığını istədiyini bilirəm. Sadəcə, bəzən bu yaxşılıq biz tərəfindən fərqli hiss olunur. Biz anlayırıq ki, həyat təcrübəsi onların tərəfindədir. Amma biz az da olsa, xəyallarımıza, seçimlərimizə hörmət göstərilməsini istəyirik.

Kimimiz həkim, jurnalist, polis, yazıçı, bəlkə də futbolçu olmaq istəyirik. Xəyalımız, arzumuzdur deyə...Gecələr düşündüyümüz, gündüzlər motivasiya aldığımız səbəbdir bu.

Amma bəzi valideynlər bu arzuları boş, gələcəksiz və ya ciddiyə alınmaz qəbul edirlər.

"Rəssam olacaqsan ???"

"Qız nədir, futbol nədir ?"

"Jurnalist olub xəbərlərdə danışacaqsan ?"

kimi suallarla bizi əhatə edirlər.

İnamımızı qırılır, güvənimizi itirirlər. Elə ondaca bir istedad sönür, bir gələcək ölür...


Biz qız futbolçu olmaq istəyir. Ailəsi deyir: 

"Bir futbolçumuz çatmır!"

"Böyüyəndə Renaldo olacaqsan ?"

"Get, ağzını yaxala"

deyə-deyə həvəsimizi, istedadımızı boğurlar.

Bəlkə də, qız bu sahədə uğursuz olacaq, səhvlər edəcək. Amma izin verin ki, cəhd etsin, xəyalı basdırılmış olaraq qalmasın. Özünü sınasın, cəhd etsin. Bəlkə də onda alınacaq. Bəlkə də gələcəyin tanınmış futbolçusu olacaq. Kim bilir ?

Uşaqlara seçim imkanı verək. Onların xəyallarına dəstək olaq - ən azından qarşı çıxmayaq.

Bu yazını, neçə-neçə arzusu ürəyində qalan, "Xəyalın nədir ?" sualı veriləndə boğazı düyünlənən gənclər üçün yazdım.

Səsiniz olmaq üçün çalışıram. Bu yolda mənə dəstək olun.❤️



Şərhlər (8)

  1. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    14 iyul 25, 19:12

    Düz deyirsiz severek məşğul olmalıdılar ki,bezmesinler maraqlı olsun.. Düzdü mənim uşaqlarım hələ balacadı..Amma mən soruşuram sənə nə xoş gəlir nədən zôvq alırsan o işi gör..Bir neçə sahəni deyir..Deyirem özünü sınayarsan onanda məlumatın olar.. Gözəl yazı idi uğurlar.

  2. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    08 iyul 25, 15:46

    Mən humanitarı çox sevirəm. Bu yöndə bir sənət seçmək istəyirəm amma yaxşı pul qazanmaq gələcəkdə bu sənətin olub olmayacağı kimi problemlər var. Məndən olsa vecimə almazdım amma valideyinlərim o qədər dedi ki artıq özüm də narahat oluram. Nə seçsəm arxamda duracaqlar amma artıq beynimə bu fikirləri yerdiblər və ona görə heç əlaqəm olmayan bir sənəti seçməyə məcburam. 

  3. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    08 iyul 25, 01:15

    Çox ama çox doğru bir hekayədi... tamda çəni izah elədi sanki bəzən bizi deşendə belə valideynlərimiz aəhf etdiklərin bilmirlər sadəcə öz düşüncələrinə görə irərləyirlər

    Qıza aid peşəni sadəcə müəllim həkim olaraq  sanki sadəcə qızlar ola bilər bəlkə qızın xəyalı heç o deyil 

    Mən uşaqlıqdan bəri hərbiçj olmaq cəyalında idim indidə o  xəyaldayam ama tamda o hekayə deyiləm kimi kimsə nə  olmaq xəyalındasan deyəndə susuram istəsəm belə danışa bilmirəm 

    Hər bir gəncin xəyallarının arxasıyca getmədi lazımdı qoy getsin bacarıqsız olsun yıxılsın ama öz istədiyi yolda olsun əgər sən istədiyin yolda getsə yıxılsa ömür boyu səni bağışlamaz.. 

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    07 iyul 25, 23:34

    Mövzunu da oxudum.Rəyləri də.Heçnə demirəm.Sadəcə susuram...

  5. SİRİUS

    @SİRİUS

    07 iyul 25, 18:47

    İndiyə qədər bir arzumun ürəyimdə qaldiğinin fərqinə vardım. Mən müəllim olmaq istəmişdim 5 çi sinifdə oxuyarkən bu peşəni seçmidim. Ədəbiyyat müəlliməsi olmaq Bəlkədə uşaqliq arzum oldu. Və sadəcə arzu kimi qaldı. Valideynlər oxumağima icazə vermədi . Qız nədi oxumaq nədi. Heç soruşmadilar ki böyüyəndə nə olmaq istəyirsən. Ama mən dayanmadım. Sonra salonçu olacağıma inandım. Bütün gücümlə calişdim. Bu sənətə yiyelendim. Her şeyden razıyam şükürlər olsun Aləmlərin Rəbbinə. Ama bu yazınız həqiqətən də milyonlarla insanın iç səsidir. Teşekkür edirəm.

  6. AytenCelilova

    @AytenCelilova

    07 iyul 25, 17:51

    Çox doğru məncə bunu dünyada çox uşaq yaşayıb.Bəzən qarşı çıxmaq olmaz deyib qadağa qoymaq deyil,hər dəfə o peşəni yanında pisləyib gözündən salarlar.Başıma gəlmiş birşeydir və hazırda da nə olaram olaram düşüncəsində yaşayan bir gəncəm.Sönmüş duyğuları yenidən bərpa etmək də olmur çoxx təəssüf ki...

    Amma burdan səsim hazırlaşma dönəmində olub ailəsinin seçimi ilə həvəsdən düşənlərədir:Heçdə həvəsdən düşməyin davam edin onların o qarşı durmalarından daha da ilham alın o yol üçün çox çalışın çünkü nu gələcəyi yaşayan siz olacaqsınız.Və zaman çatanda onlarda sizin nə qədər düzgün etdiyinizi görəcəklər.Mənim etdiyim səhfi siz etməyin...Qəti həvəsdən düşməyin.🤍🌟

  7. Sunay Məmmədova

    @Sunay Məmmədova

    07 iyul 25, 16:52

    Ola bilsin ki, gələcəkdə istədikləri yol onlara uğur gətirməsin, həvəsləri, qəlbləri qırılsın, lakin sizin indi övladlarınızın arxasında durmamağınız onların daha çox həvəsinin, qəlbinin qırılmasına yer verər. Hər zaman onlara dəstək çıxasınız ki, onlarda heç zaman məğlub olmaqdan, bacarmamaqdan qorxmasınlar, başqalarına baxıb özlərini o sahədə yetərsiz hiss etməsinlər.

  8. MinayNadirova

    @MinayNadirova

    07 iyul 25, 16:22

    Bəli buradan Valdeyinlərə səslənirəm siz də haçan sa uşaq olanda hər birinizin xəyyaları olub bəzilərinizinki gərçəy olub bəzilərinizki olmuyub sizin də Valdeyinləriniz deyib ki olmaz a bir yadınıza salın valdeyinlərinuz bunu deyəndə necə pis olmuşduz indi düşünün sizin ölvadınız bunu deyəndə siz yox olmaz ayıbdı sən qızsan olmaz deyəndə onlara necə olur xaiş edirəm nə olsun onlar uşaq dılar  onlar da öz arzularına çatmaq istəyirlər bərkə onlaar da böyüyüb tanınmış olacaq Bərkə oğlunuz qızınız Ronaldo kimi olacaq  inanın mənə əgər siz onlara dəatəy olsaz onlar baxaracaq  Təsəvür edin ki Ronaldo dünyaya gəlmiyib Mən bunu bir məqalədə oğudum Ronaldo hələ doğulmamışdan qabağ onun doğulmağını istəməmişdilər o çox kasıb bir ailədə anadan olub əgər indu o   olmasaydı bu qədər uşağın üzü gülməzdi çünki əksər oğlan qız fərq etmir fudbolu sevən hər kəsin çoxunun favorisi Ronaldo du elə mənim də  onun hər atdığı qolda neçə neçə insanın üzündə gülüş sevinc göz yaşları olur tək Fudbol yox digər Peşələr Rəssamlıq və sair qoyun onlar nə istəyirlər sə o da olsunlar təki istədiyi peşədə xoşbəxt olsun.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol