Bir gün anlayarsan - Ruh.Antares

Bir gün anlayarsan - Ruh.Antares

“Bir gün anlayarsan…”


Yazdığım şeiri anlayan bilər,

Bu hissi yalnız,yaşayan bilər.

Dayanıb qəlbimin,dərin yerində,

Yəqin ki,bir zaman qədrimi bilər



Sanki sevgimizdən yazırdı əllər,

Elə bil soyuqdan donurdu əllər…

Sənki əvvəllər belə deyildin,

Özümdə bilmədim baş verdi nələr…



Yaddaşda qalardı kaş şeirlərim,

Əzyətlə yazdığım,öz şeirlərim.

Olardı mənimçün iz şeirlərim…

Səssiz unuduldu düz şeirlərim…


   Qeyd:     

          " Oxumasanda olar… amma hiss etsəydin yaxşı olardı…”



Şərhlər (6)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    14 iyul 25, 01:37

    Oxumasanda olar hiss elə tamda düzdür bəzən sadəcə eşidirik görürük ama ən vacibi hiss eləməkdi.. əlbətəə  indi olmasada vid gün hamı anlıyacaq sadəcə  eyni acıyı yaşamaq lazımdı əllərinizə sağlıq

  2. SİRİUS

    @SİRİUS

    10 iyul 25, 17:36

    Ruhun səsilə yazılan hər yazı oxunmağa dəyər. Əyər bir insan yazırsa o yaşadiği anları canlandırır. O  sessiz sətirlərdə danışır qişqirir. Sadəcə eşitmək lazımdır. O səsi eşitdim. O şeirin içindeki məna:  məni bir nəfər anlasın ama danişmayacm deməyin sessiz formasıdır.  Hər kəsdə ürək var ama bəziləri hiss etməz.

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    10 iyul 25, 16:05

    Şeirləriniz yaxşıdır. Allah əziyyətlərinizin qarşılığını versin. Əziyyət çəkən, bəhrəsini də görər Düşünməyin ki, unudulur 

    Uğurlar 

    1. ramil

      @ramil

      10 iyul 25, 16:37

      Çox sağolun 🙏 

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    10 iyul 25, 15:14

    " Oxumasanda olar… amma hiss etsəydin yaxşı olardı…”

    Bəzən sözlər gözlə deyil ,qəlbə oxunur...😊😊 

    1. ramil

      @ramil

      10 iyul 25, 16:38

      Təşəkkürlər ☺️

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol