Başqasına yazılmış bir şeir... - Şahmalı Hasan

Başqasına yazılmış bir şeir... - Şahmalı Hasan

Başqasına yazılmış bir şeir kimi...


Hər kəsin bir sevdiyi var:

Kimi qadın saçlarının ətrini,

Kimi bağda açan gülləri,

Kimi barıt qoxan silahını,

Kimi də ağ kağızla qara qələmi sevər...


Hər kəsin bir arzusu var:

Kimi o saçlara sığal çəkməyi,

Kimi açan gülləri qoxlamağı,

Kimi intiqam yanğısını söndürməyi, 

Kimi də sadəcə bir şeir yazmağı dilər...


Hər kəsin bir qorxusu var:

Kimi qorxar ki, o saçlara yad əl dəyər,

Kimi qorxar ki, bağına payız tez gələr,

Kimi qorxar ki, öldürmədən də ölər

Kimi də qorxar ki...

Şair də qorxar ki, şeirini dinləyər O

Başqasına yazılmış bir şeir kimi...

Şərhlər (10)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyul 25, 01:48

    Şeiri oxuyarkən üç söz göz önündədi Sevgi arzu qorxu.Və hər kəsin sevgisi arzusu qorxusu var.Amma ən incə və ağrılı qorxu isə sevginin və deyilən sözün yanlış anlaşılmasıdır.

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      17 iyul 25, 09:23

      Bizi yaşadan qorxudur. 

      Təşəkkürlər rəyiniz üçün 

  2. XIII

    @XIII

    14 iyul 25, 08:41

    Qələminizə qüvvət.

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      14 iyul 25, 10:07

      Təşəkkürlər 🙏 

  3. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    14 iyul 25, 01:22

    Çox gözəldi əllərinizə sağlıq

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      14 iyul 25, 10:06

      Minnətdaram 🙏 

  4. Uraqan

    @Uraqan

    13 iyul 25, 21:53

    Qəşəng idi. Əhsən ❤️

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      14 iyul 25, 00:12

      Təşəkkürlər, bəy. Minnətdaram 🙏 

  5. SİRİUS

    @SİRİUS

    13 iyul 25, 16:02

    Hər kəsin dünyada sevdiyi bir yer var bəli.  Şair də  ən çox ondan qorxar ki : şeir yazdiği qadın o şeiri başqa birinə yazılmış kimi oxuya. Ama insan oxuduğu hər şeyde özünü tapmağ istəyir. Əyər özünü tapmırsa o yazının özünə aid olmadiğini dərk edir.  Bəlkə də kimisi mənim kimi ağ kağizla qara qələmi ,yoldakı çiçekleri qoxlamaği sevir. Çox incə tellərə toxunmusunuz.  Sanki bu yazıda hər kəsin qəlbinə yol açmisiniz. Uğurlar 💝

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      13 iyul 25, 20:21

      Təşəkkürlər xoş sözləriniz üçün, 🙏 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol