(Durmalı olduğunuz hissələr var lakin, durğu işarələrinə tam fikir verilməmişdir. Xoş oxumalar!)
Giriş:
Yenə gecə çökür şəhərin üstünə
Önümdəysə var səssiz küçələr
Beynimin içində düşüncələr
İnsanı çaşdırır ani dəyişikliklər
Nəqarət:
Bu şəhər adamı soyudur yavaş
Üzdə təbəssüm, içimdə savaş
İnanma heç kimə, hamısı yalan
Sonda bizə qalır 1 badə şərab
Yenə susuram, danışmıram çox
İçimdə yanır sönə bilməyən od
Vaxtında yanımda olanlar çox
Dar gündə yaxınlaşmazlar, bro.
Verse 1:
Bilirəm küçələr eynidir hələ
Hər addım aparır başqa yerə
Çoxu satdı bizi pula görə
İndi baxıb gülürəm hamısına yenə
İçimdə qalıb deyiləsi sözlər
Gecələr yatmır bu yorğun gözlər
Hamısı istəyir yerimi həmən
Heç biri keçməyib gəldiyim yerdən
Soyuq nəfəs var dar küçədə
Qaçır hamı gerçək deyilən şeydən
Mən hələ bezmədim bu şəhərdən
Sadəcə yoruldum boş gəzməkdən
Yalan dostlarla qurulmur plan
Hamı dəyişir gələndə imkan
Qəlbim buz kimi, beynim duman
Hər yeni gün başlayır yenə ziyan
Düşürük yenə səhərə kimi
İçirik dərdləri badələr kimi
Hamı danışır qəhrəman kimi
Çətin gündə yoxdu heç biri
Yuxusuz gecələr edib bizi daş
Keçmiş yenə çıxır qarşıma yavaş
İçimdə qalıb danışmayan savaş
Bu dünyada sevgi qalmayıb brat
Nəqarət:
Bu şəhər adamı soyudur yavaş
Üzdə təbəssüm, içimdə savaş
İnanma heç kimə, hamısı yalan
Sonda bizə qalır 1 badə şərab
Yenə susuram, danışmıram çox
İçimdə yanır sönə bilməyən od
Vaxtında yanımda olanlar çox
Dar gündə yaxınlaşmazlar, bro.
Verse 2:
Bir gün çıxıb gedəcəm buralardan
Qalacaq izlər yalnız divarlarda
Susduğum hər şey qalıb qulaqlarda
Bu şəhər boğdu bizi yalanlarla
Yenə gecə düşür gözlərimə
Səssiz baxıram küçələrə
Dəyişən yoxdu yenə əslində
Sadəcə böyümüşük anidən və
Gerçəyi dəyişər sadəcə yalan
Lazım deyil fake'lər, mənə inan
Həqiqət gec gəlsə də tapar ünvan
Maskalar düşəndə görünər insan
Qaranlıq küçələr tanıyır məni
Bu şəhər çoxdan dəyişdirib səni
Pul gələn kimi unutdular dünəni
İndi axtarırlar, itirdiklərini
Şərhlər (1)