Siçan balası

Siçan balası

Ramiz Rövşənin "İlan balası" şeirindən ilhamlanaraq: Siçan balası


Siçan balası

Boylanır deşikdən hürkə-hürkə o,

Dünya gözlərində bir tilsim kimi.

Hər xışıltı ondan bir ömür kəsir,

Hər kölgə üstündə bir ölüm kimi 


Taleyi bəllidir: qaçmaq və pusmaq,

Gizli künclərdədir onun vüsalı.

Nə zəhəri vardır, nə kəskin dişi,

Bir parça çörəkdir bütün xəyalı 


Gecələr hamıdan gizlin oyanar,

Səssiz addımları yeri incitməz.

Ona nifrət tökər görən gözlər də,

Heç kəs bu kiçik canı sevməz 


Ağlama, sızlama, siçan balası,

Sənin də qismətin ehtiyat imiş.

Bəlkə də ən böyük igidlik elə,

Qorxa -qorxa yaşamaq həyat imiş 


Öyrən divarlara, öyrən künclərə,

Sən gizli yolların fatehisən bil.

Əgər bu dünyada qala bilsən sağ,

Səndən cəsur olan heç kəs deyil

Şərhlər (0)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol