Yaxşı günlərimdə yanımda olan,
Dumanlı günlərdə itən dost imiş.
Üzümə gülümsəyib, qəlbimi qıran,
Arxadan daş atıb, gedən dost imiş.


Mən ona açmışdım könül qapımı,
O isə dağıtdı bütün olanı.
Kəsib əllərimdən ümid sapımı,
Məni dərddən-dərdə ötən dost imiş.


Dedim ki, sirdaşdır, o mənə dayaq,
Sən demə, mən yatmış, o isə oyaq.
İndi aramızda uçurum, sazaq,
Yalanı doğruya qatan dost imiş.


Yaxşılıq eylədim, yamanlıq gördüm,
Həqiqət önündə bir duman gördüm.
Dostluğun sonunda peşmanlıq gördüm,
Məni yad kimsəyə satan dost imiş.


              Müəllif: Sirli Yazar___🖋️