Özünü məndə axtarma — İlkin Asif

Özünü məndə axtarma — İlkin Asif

Özünü məndə axtarma.

Özünü məndə axtarma,

Sən məni çoxdan itirmisən...

Mən, səninlə gülməyi seçərkən

Sən bizi yerlə bir etmisən.

Artıq nə mən əvvəlki mənəm,

Nə sən əvvəlki sən...

Günlər elə hey axır gedir—

Ay çıxır, gün batır

Sanki, sanki...

Sənin həsrətin sinəmə hər gün 

öz imzasını atır.

Yollar uzun,

yoxsa özün gəlmək istəmirsən?

Niyyətin dəyişib, məni sevmək istəmirsən?

Bəlkə də unudub məni,

heç görmək istəmirsən...

Həsrət acısı yaşamayan bilməz,

Dodaq titrər, nəfəs kəsilər, huş itər,

Hər şey unudular...

Bircə sənli günlər

yaddaşdan silinməz.

Şərhlər (7)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    08 iyul 25, 13:52

    Əgər ki,o sevgi həyqətən yaşanıbsa saf ürəklə təmiz niyyətlə...Bax onda unudulmaq unutmaq çətindir.Amma bu bəzən belə olmur hər şeyi yaşayib görürük...

    1. İlkin Asif

      @İlkin Asif

      08 iyul 25, 20:58

      Təşəkkür

  2. SİRİUS

    @SİRİUS

    08 iyul 25, 12:11

    Sevgi dolu günlər əsla unudulmur. Nüsrət Kəsəmənlinin de dediyi kimi : nə yollar bağlanib nə körpü sınıb gəlmirsə deməli gəlmək istəmir. Sevmirsə deməli sevmək istəmir...! 

    1. İlkin Asif

      @İlkin Asif

      08 iyul 25, 20:58

      Doğrudur, təşəkkür 

    2. M.Aliyeva

      @M.Aliyeva

      12 yanvar 26, 23:37

      Onu Nüsrət Kəsəmənli deməyib,Vahid Əziz deyib.)

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    08 iyul 25, 10:14

    Özünü axtarma məndə, mən səni çoxdan itirmişəm. Sanki qarşı tərəf hələ indi tapmağa çalışır sizi, amma siz onu artıq öz iç dünyanızda silmisiniz. Nə qədər qəbullanmaq çətin olsa da.

    Uğurlar 

    Özünü axtarma məndə, mən səni çoxdan itirmişəm. Sanki qarşı tərəf hələ indi tapmağa çalışır sizi, amma siz onu artıq öz iç dünyanızda silmisiniz. Nə qədər qəbullanmaq çətin olsa da.

    Uğurlar 

    1. İlkin Asif

      @İlkin Asif

      08 iyul 25, 20:57

      Təşəkkürlər, minnətdaram

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol