Mən olmamışam...

Mən olmamışam...

Mən olmamışam?

Qarşımda yad kimi dayanan gözəl,

Bir zaman sevdiyin mən olmamışam?

Bahar çiçəklərin olanda xəzəl, 

Təsəlli verənin mən olmamışam?


Səni mən hər kəsdən daha çox sevdim, 

Hər gün qapınıza güllərlə gəldim,

İndi yad kimisən durub düşündüm,

Başına dolanan mən olmamışam? 


Bir zaman sevgiylə baxan gözlərin, 

Məni məndən alan şirin sözlərin, 

Məni tanımayıb baxan gözəlin, 

Bir vaxt ən yaxını mən olmamışam? 


Gözlərim gözünə dikilib qaldı,

Qarşımda dayanan elə bil laldı, 

O soyuq baxışlar canımı aldı, 

Sanki bu dünyada mən olmamışam. 


Bilməzdim vəfasız olacaq yarım, 

Bu sevgi dastanı qalacaq yarım. 

Sənin gedişinlə bil darmadağın 

Dünyası qaralan mən olmamışam? 


Get, daha qarşımda belə dayanma, 

Qəflət yuxusundan daha oyanma, 

Məni sevdiyindən heç vaxt utanma, 

Düşün həyatında mən olmamışam... 






Şərhlər (18)

  1. Leyla Quliyeva

    @Leyla Quliyeva

    10 yanvar 26, 13:46

    Qarşımda dayanan elə bil laldı… 👍🏻

  2. Lamiyə

    @Lamiyə

    10 yanvar 26, 09:38

    Əllərinizə əməyinizə sağlıq,yarım qalan sevda 

    1. Qonaq Şəbnəm

      @Qonaq Şəbnəm

      10 yanvar 26, 15:52

      Təşəkkür edirəm ❤️

  3. Qonaq Ali

    @Qonaq Ali

    09 yanvar 26, 17:38

    Yox gözlerim yaşardı 1ağlamadım hə hə düz deyirem. Axı niye bir şeire göre bu qeder göz yaşı tökesen ki.... Deməkki nəymiş şeiri oxuya oxuya olub bitənlər imiş səni 1kövrəldən... 

    1. Qonaq Şəbnəm

      @Qonaq Şəbnəm

      09 yanvar 26, 19:07

      Təşəkkür edirəm💚 Amma kövrəltmək istəməzdim sizi😟

  4. Qonaq Gülnar

    @Qonaq Gülnar

    09 yanvar 26, 10:11

    Çox gözəl serdir

    1. Qonaq Şəbnəm

      @Qonaq Şəbnəm

      09 yanvar 26, 11:41

      Təşəkkür edirəm ❤️

  5. Qonaq Şəbnəm

    @Qonaq Şəbnəm

    09 yanvar 26, 06:44

    Təşəkkür edirəm 💚

  6. Fatimə

    @Fatimə

    09 yanvar 26, 02:29

    Gecələr adını pıçıldar dilim,

    Həsrətin köz salıb yandırar məni.

    Sən getdin, taleyim yarıda qaldı,

    Hər gecə hisslərim xəyala daldı.

    Müəllif:B.Fatimə.⭐🌹

    1. Qonaq Şəbnəm

      @Qonaq Şəbnəm

      09 yanvar 26, 06:43

      Möhtəşəm ❤️

  7. Nahid Muradov

    @Nahid Muradov

    08 yanvar 26, 23:41

    çox şeyi ifadə elədi . Gözəl alınıb 👏👏👏

    1. Qonaq Şəbnəm

      @Qonaq Şəbnəm

      09 yanvar 26, 06:44

      Təşəkkür edirəm 💚

  8. Sənan

    @Sənan

    08 yanvar 26, 21:56

    Yaxşı şeirdir. Təbrik edirəm. İnşaAllah daha yaxşısını yazarsınız 👏

    1. Qonaq Şəbnəm

      @Qonaq Şəbnəm

      08 yanvar 26, 22:17

      Təşəkkür edirəm 💚

  9. Qonaq Əminə

    @Qonaq Əminə

    08 yanvar 26, 20:14

    Çox gözəl şeirdir .Əllərinizə sağlıq davamını gözləyirik

    1. Qonaq Şəbnəm

      @Qonaq Şəbnəm

      08 yanvar 26, 21:32

      Təşəkkür edirəm, var olun ❤️

  10. Qonaq Sevda

    @Qonaq Sevda

    08 yanvar 26, 18:33

    Çoox maraqlı və düşüncəli şeirdir.
    Çox bəyəndim əllərinizə qollarınıza sağlıq🫠🌹

    1. Şəbnəm

      @Şəbnəm

      08 yanvar 26, 18:35

      Təşəkkür edirəm, var olun ❤️

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol