Yaşamağa bu dünya

Yanmağa da bu ürək 

Yamanca üzdü bizi

Bu yaşda çox bezdirib

Bu yaşda seçdi bizi.

Keçirdik çox sınaqlar

Nəticəsiz qalanlar

Sonu görünməyənlər

Oldu bilinməyənlər

Bilinmədi gedənlər

Həmişə nəyə görə 

Belə tez getdilər

Dözməyərək getdilər

Bizi yaman üzdülər

Heç düşünmədilər də

Heç sevinmədilər də

Arxasınca onların 

Çox,amma çox baxıldı

Ümidsiz də baxıldı

Ümidli də baxıldı

Amma heç kim dönmədi

Qalanlara qalanlar

Qalanlardı eləcə

Misralarım tükənmir

Təbim coşub yamanca

Sən inan ki,bu ürək

Susmuşdu bir daştəki

İndi susa bilmərəm

Qələmim susmayacaq!

Bu təb dayanmalıdır?!

Yox,məncə,heç bir zaman

Bu təb dayanmayacaq!