Qibləm ol — Ruh.Antares

Qibləm ol — Ruh.Antares

“Qibləm ol”


Qibləyə durdum, səcdəyə çökdüm,  

Ağlaya-ağlaya şəklini öpdüm.  

Günahdır, bilirəm, çox düşünmədən —  

Səcdəmin içində sevgini tapdım —


Dedilər dəlidir, yaxın getməyin!  

Boşdur bu qədər əziyyət çəkməyin.  

Mən sənsiz gecələrdə yuxusuz qaldım,  

İnan ki, şəfa olardı bircə öpməyin…


Səssizliyə alışdım, susdum hər dəfə,  

Qarşıma məqsəd qoyub,çatdım hədəfə.  

Əlimi haramdan çəkdim, çox uzatmadım,  

Dostlar sağlığ deyib, vurdu şərəfə.


Şərhlər (6)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    23 iyul 25, 11:31

    Sevgi sadəcə duyğu deyil də, mənəvi bağlılıq ruh halı kimidir. Möhtəşəm alınıb, uğurlar 

    1. ramil

      @ramil

      23 iyul 25, 22:33

      Çox sağolun,paylaşımımda qatqınız var 🙏

      1. Dərya Qasımova

        @Dərya Qasımova

        23 iyul 25, 23:35

        Paylaşımınızda qatqım olubsa, nə xoş mənə. Diqqətiniz üçün təşəkkürlər 🤍🙏

        1. ramil

          @ramil

          24 iyul 25, 08:01

          Çox sağolun 🙏 

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    22 iyul 25, 18:34


    Bu şeirdə sevgi bir ibadət qədər müqəddəs göstərilir. Şair sevdiyi insanı qibləsi  yəni ümid yeri kimi görür.  İnsanlar onu anlamasa da, o sevgisindən vaz keçmir. Sonda isə susaraq, səssizlik içində öz eşqini qoruyur.

    Bu həyatda hər kəsə qibləsi olacaq qədər sevgi arzu edirəm❤️🤍

    1. ramil

      @ramil

      22 iyul 25, 20:41

      Təşəkkürlər🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol