Bezmişəm - Boz'G(Orhhan_18)

Bezmişəm - Boz'G(Orhhan_18)

Nəqərat:

Çoxdan bezmişəm bu həyatdan

Bilmirəm, necə qurtarım bu bəladan

Tez ol, ayıl bu xəyaldan

Həyat rahatdır, ona baxmadan.

Çoxdan bezmişəm bu həyatdan

Bilmirəm, necə qurtarım bu bəladan

Ulduzlar düşməsə əgər səmadan

Rahatlıq tapmayacam bu havadan.


Verse1:

Ayıldığım yuxudan ayılmaz olaydım,

Gərək bir quş olub, ürəyinə qonardım

Özümdə bilmədən ona bağlandım

Mən ona görə, hər qapını açardım.

Qəribəyəm, mən biraz qəribə (qəribə)

Çətin yerləşərəm mən bu qəlibə (qəlibə)

Bir gün anidən həyatım dəyişsə

Əlini mən alacağam əlimə (əlimə)

Qonaq ol dərdimə, yazılır cərimə,

Yeri var qəlbimdə, artıq yox boş səhifə

Vacibdir hər dəqiqə, keçən günlər ərzində

Əlləri əsirsə, deməli dünya dönüb tərsinə.

Boz'g - nin ani qətlində,

Qərənfil qoyarsız qəbrimə,

Artıracam səviyyə

Salınmır işlər təxirə


Nəqərat:

Çoxdan bezmişəm bu həyatdan

Bilmirəm, necə qurtarım bu bəladan

Tez ol, ayıl bu xəyaldan

Həyat rahatdır, ona baxmadan.

Çoxdan bezmişəm bu həyatdan

Bilmirəm, necə qurtarım bu bəladan

Ulduzlar düşməsə əgər səmadan

Rahatlıq tapmayacam bu havadan.

Şərhlər (13)

  1. Venus

    @Venus

    18 yanvar 26, 09:58

    Həyatın axarını insan özü tənzimləyə bilir,necə qurdun elə də davam edir, məqsədli olmaq lazımdır.Mən həyatı sevirəm 💕 

    1. Orhhan_18

      @Orhhan_18

      18 yanvar 26, 19:28

      Sizinlə tamamilə razıyam. Sadəcə, insanın həyatında bəzən elə şeylər baş verir ki, insan istər-istəməz həyatdan soyuyur. Bu repdə elə məqamların birində yazılıb.

  2. Fatimə

    @Fatimə

    15 yanvar 26, 20:04

    Mən heç bezməmişəm.(((

    🙏

    1. Orhhan_18

      @Orhhan_18

      15 yanvar 26, 20:15

      Nə xoş sizə. Həyatın dadını çıxarın o zaman. Məndən sizə tövsiyyə✨

  3. Omer

    @Omer

    15 yanvar 26, 14:49

    Əladır!

  4. Qonaq Sevda

    @Qonaq Sevda

    15 yanvar 26, 06:02

    Möhtəşəm❤️

  5. XədicəMəmmədli

    @XədicəMəmmədli

    14 yanvar 26, 23:26

    Möhtəşəmm

  6. Nuray

    @Nuray

    14 yanvar 26, 23:02

    Çox maraqlıdır ✨

  7. Faiq Shiraliyev

    @Faiq Shiraliyev

    14 yanvar 26, 23:00

    Bu mətndə məncə ruhən yorulmuş bir insanın həyatla barışa bilməməsini, xəyallar düşüncələr arasında çıxış yolu axtaran daxili üsyanını ifadə edir

    1. Orhhan_18

      @Orhhan_18

      15 yanvar 26, 07:02

      Bəli. Bu rep daxilən baş verən üsyanlar nəticəsində yazılmışdır. Fikirlərinizi bölüşdüyünüz üçün təşəkkürlər✨️

  8. Aysel

    @Aysel

    14 yanvar 26, 22:42

    Bu repinizde xəyalların reallıqdan daha saf və qoruyucu olduğunu, sevdiyini incitmədən ona yaxın olmaq istəyini ( bu çox nazik yaxinlaşmadi) göstərir. Sevginizi və özünüzü abstrakt formada göstərə bilmisiniz məncə.

    1. Orhhan_18

      @Orhhan_18

      15 yanvar 26, 07:03

      Çalışdığımı bacarmışamsa nə xoş mənə)) Fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm✨️

  9. Orhhan_18

    @Orhhan_18

    14 yanvar 26, 21:18

    Oxuyanlar fikir bildirsə çox gözəl olar✨️✨️

    Sadəcə səhvimi, düzümü tapmaq istəyərəm.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol