İnsanlıq axtarıram mən

İnsanlıq axtarıram mən

Qayğıkeş düşüncə, diqqətli bir can,

Dərdə həmdəm olub, hər an alışan,

Bu həyatda haqqı ilə çalışan,

İnsan yox, insanlıq axtarıram mən.


Səhvi başqasında axtarma hər an,

Özünə nəzər sal, özünə inan,

Vicdan aynasına hər səhər baxan

İnsan yox, insanlıq axtarıram mən.


Zaman ötüb keçir, ömür bir anlıq,

Qalmasın kimsədə bir nigaranlıq,

Otaqda gəzirəm, otaq qaranlıq,

İnsan yox, insanlıq axtarıram mən.


İnsanla insanlıq eynidir sanma,

Axtarırsan? Onda axtar dayanma,

Adamla doludur hər tərəf amma,

İnsan yox, insanlıq axtarıram mən.

Şərhlər (5)

  1. Hevva

    @Hevva

    18 aprel 26, 19:22

    Çox gözəldir🫠

  2. Rəna Cahangirli

    @Rəna Cahangirli

    18 aprel 26, 14:18

    “Bacımın qələmindən, sizlərə xitabən…”

    Sözlərin doğrudur, sənin ey şair,
    Axtarış məqsədin ülvidi, safdır..
    İnsanda insanlıq axtaran şair,
    Dünyada bu günlər bu ehtiyacdır.


    Demək istədiyim bir məqam da var, 
    Deməsəm bilirəm qəlbimdə qalar..


    İnsanlıq axtaran gözəl insanlar,
    Nə üçün özlərin kənar tuturlar...
    Özləri insanlıq edərsə məncə,
    Bu Xalqa, millətə kömək olar onlar..
    İnsan da baxaraq onun halına, 
    İnsanlıq dərsini öyrənər məncə!


    Elə hey axtarır, hamı axtarır..
    Yaxşı dost, yaxşı iş, yaxşı yoldaşı...
    Bəs niyə özünə bir dəfə baxmır..
    Hansılar var məndə. Nəyim yaxşıdır?!

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    18 aprel 26, 12:33

    İnsan var insanlıq yox...Unudulmuş silinmiş ...

  4. Fəxriyyə

    @Fəxriyyə

    18 aprel 26, 12:20

    Çox gözəl şeirdi👏

  5. Fatimə

    @Fatimə

    18 aprel 26, 12:01

    Şeir həqiqətən də,sadəcə sözlərdən ibarət deyil, insanın içində  gizlənən o boşluğu və axtarışı çox incə və açıq şəkildə ifadə edib. İnsan yox, insanlıq axtarıram fikri öz -özümə dediyim ən məşhur cümlədir,demək olar ki. Çünki, həqiqətən də ətrafımız  insanlarla əhatə olunsa da, insanlıq hər kəsdə tapılmayan bir xüsusi keyfiyyətdir.Sətirlərdə həm bir tənhalıq, həm də bir ümid hissi var.Oxuduqca, insan öz daxilinə dönür və vicdan aynasına baxmaq istəyir. Çox dərin və təsirli yazılıb.🙏🏼♥️🧠👁️

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol