İnsan xilqəti hey edər şikayət,
Sanki edib avam olmağa niyyət.
Gəl, mənimlə eyni nimdərdə otur,
Gör, sonu hara gedir bəşəriyyət?
Ədəbsiz də ədəb dərsi keçəndə,
Şüşə ekranlardan alqışlayırlar.
Rüşvətə də “şirinlik” deyiləndə,
Banka qoyur, hər gün də qatlayırlar.
“Cümlə xəyanətə İblis baisdir!”
— deyib günahlarını pakladılar.
“Ən böyük İblis isə yalnız nəfsdir”,
— dedim, amma söhbəti bağladılar.
Sabir qələminə çatmaz qələmim,
Neyləyim bəs? Fələyin tuşundayam.
Gəlibdir Rəbbimdən mənə bu təbim,
İki odun lap qovuşuğundayam.
Çoxu öz-özünə “şairəm”, — deyir,
Hər qələm tutandan dürlər tökülməz.
O vaxt şair ləqəbin əyinə geyir,
Mürəkkəbini əsrlər də qurutmaz.
M.Aliyeva" loading="lazy">
Şərhlər (0)