Səcdə

Səcdə

İlahi,üz tutub mən sənə gəldim,

Əllər dilənçitək yalvarar sənə.

Səcdədə bükülən bu dizlərimi,

Sən heç vaxt bükdürmə özgə önündə.

 

Ruhundan üfürüb yaratdın bizi,

Niyə adamlarda səni görmürəm?

Ey gözəl Allahım,qurbanam sənə,

Bu gözü,qulağı geri verirəm .

 

Qoy bu göz heç nəyi görə bilməsin,

Qoy qulaq hər şeyə kar olsun barı.

Xəyalım göylərə ucalıb getsin,

Göylərdən baxmasın heç mənə sarı.

 

Gəzsin səmalarda göyərçin təki,

Sərhəd qoyulmasın heç zaman ona.

Kamına yetməyən arzular təki,

Qonmasın gördüyü ilk budağına.

 

Şərhlər (0)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol