Darıxacaqsan

Darıxacaqsan

Uzaq üfüqlərə göz gəzdirib sən,

Məni axtarsan da tapmayacaqsan. 

Bu böyük dünyada tək qalanda sən, 

Mənli günlər üçün darıxacaqsan. 


Gündüzlər birtəhər keçinəcəksən, 

Gecələr özünə qəsd edəcəksən. 

Hər zaman hər yerdə tək gəzəcəksən, 

Mənsiz günlərinə ağlayacaqsan. 


Yaşamaq sənin üçün dərd olacaqdır,

Həyatın büsbütün dağılacaqdır. 

Bu tale yolların bağlanacaqdır, 

Geriyə boylanıb baxmayacaqsan. 


Arayıb, axtarıb hər yerdə məni, 

Qova bilmədin sən kədəri, qəmi. 

Geri qayıtmayan ötən günləri, 

Yadına salıb sən sarsılacaqsan. 

Şərhlər (4)

  1. Qonaq Aygül

    @Qonaq Aygül

    28 aprel 26, 07:43

    İnsanın derin düşünceleri,onun enisli yoxuslu yollardan keçdiyini bildirir.herden öz özüme düşünürəm.goresen bu dünyaya niye gəlmişik.yasamakcun,derdcin yoxsa yazmagcin....!

    1. Şəbnəm

      @Şəbnəm

      28 aprel 26, 09:30

      Hər şeyə rəğmən yaşamaq gözəldir😊 Düşüncələrinizi bölüşdüyünüz üçün təşəkkür edirəm ✨ 

  2. XeYka

    @XeYka

    14 aprel 26, 18:00

    Şeir çox əladır. Qələminizə sağlıq.

    1. Şəbnəm

      @Şəbnəm

      15 aprel 26, 06:12

      Təşəkkür edirəm 😊 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol