Kiçik gəlin

Kiçik gəlin

KİÇİK GƏLİN   

       (Hekayə) 


     

     İsti yay günlərindən birinin ikinci yarısı idi. Bir neçə gün idi ki, Azərbaycanın hər

yerində olduğu kimi, Bakıda da anomal istilər hökm sürürdü. Qızmar istilərdən təngə gələn sakinlər dənizkənarı bulvara axın

etmişdilər. Sahildə , demək olar ki, adam əlindən tərpənmək mümkün deyildi. Kimiləri sahil boyu gəzinir, kimiləri də çoxu

ağacların altında və fəvvarəyə yaxın qoyulmuş skamyalarda oturub söhbət edirdilər. Əyyubla Dəstəgül də oturanlardan biri idi.

Neftçalanın Tatar Məhlə kəndindən olan bu cütlük üç ay idi ki, evlənmiş, on gün idi də ki, Bakıya, yaxın qohumlarının evinə

qonaq gəlmişdilər. – Əyyub, dur gedək evə, – Dəstəgül qəfil dilləndi. – Nə oldu? Neçə gündür deyirdin, dənizə gedək, xoşuna

gəlmədi? – deyə Əyyub gülümsədi.–Yox, dəniz xoşuma gəlir, amma çox səs-küydü, – Dəstəgül narazı halda dilləndi. – Əzizim,

yarım saatdır gəlmişik, bir az da oturaq, gedərik, – Əyyub arvadını yola gətirməyə çalışdı. – Yox, gedək, həmdə, istidi. Dəsdəgül

mızıldandı. – Əyyub cavab olaraq yenə nəsə demək istəyirdi ki... ,Bu vaxt orta yaşlı, arıq, qısa boylu, əynində qara kətan don və

başında da eyni rəngdə ipək hicab olan bir qadın kitab dolu araba ilə onlara yaxınlaşdı. – Salam, uşaqlar. Oturmaq olar? –

Əlbəttə, buyurun, – deyə Əyyub birinci dilləndi. — Çox sağ olun, Allah razı olsun, — qadın mülayim səslə təşəkkür etdi. -

Ətrafdakı səs-küy az deyildi. — Bir də bu gəldi, — Dəstəgül dodaqaltı deyindi.— Həə... Söhbətinizə istəmədən qulaq qonağı

oldum. Deyəsən Qızımız istidən şikayətlənir, — qadın yerini rahatlayıb mülayim səslə dedi. — Hə, — Əyyub gülümsədi. — Mən

başa düşmürəm, bizim millət niyə belədir? — qadın eyni tonla sözünə davam etdi. — Necə yəni? — Dəstəgül başını qaldırmadan

soruşdu. — Bax, qışda soyuq olanda yayın qızmar günəşini arzulayırıq, yayda isə “kaş qış gələydi” deyirik. Axı biz nə istəyirik? —

qadın fikrinə aydınlıq gətirdi. — Düz deyirsiniz. Əyyub təsdiq etdi. — Deyəsən, yeni evlənmisiniz, — qadın hər ikisinə xitabən

soruşdu. — Bəli, 3 aydır, — Əyyub cavab verdi. — Ərin səninlə necə davranır, qızım? Onunla xoşbəxtsən? — qadın bu dəfə bir

başa Dəstəgülə müraciət etdi. — Bəli... — Dəstəgül utancaq halda dilləndi. Əyyub isə arvadının bu cavabından məmnun halda

gülümsədi. — Şanslı kişisən, oğlum, — qadın üzündə xoş bir təbəssümlə dilləndi. — Şanslı kişisən ki, arvadın səndən razıdır.

Unutma əgər bir kişidən arvadı razıdırsa, deməli Allah da ondan razıdır. İnşallah, hər zaman belə olarsan — arvadına mülayim davranar, onu

incitməz, könlünü oxşayarsan. Daha mənim ərim kimi anlayışsız olmazsan... -Əriniz kimi?.. — Əyyub duruxdu. — Həə, oğlum...

Mənim qollarımı da elə ərim bu hala salıb, — qadın dərindən köks ötüüb dilləndi. Bu sözlərdən sonra — Əyyubla Dəstəgül eyni

anda— qadının qollarına baxdılar və hər ikisidə gördükləri qarşısında yerlərindəcə donub qaldılar. Qadının hər iki əlləri

də biləklərindən yox idi. Eyni zamanda onlar qadının kitab dolu arabasınınn arxadan onun sol qoluna kəmərlə bağlandığına da

yalnız indi fikir verdilər — Necə yəni... sizin qollarınızı əriniz?.. — Dəstəgülün boğazı düyünləndi. — Həə, qızım, — qadın acı

təəssüflə başını buladı. — Bəs nəyə görə? — deyə Əyyub heyrətlə soruşdu. — Hə, indi sizə hər şeyi danışacağam... — qadın bunu

deyib ağır-ağır danışmağa başladı. .: - Adım gözəldir, amma təəssüf ki, bəxtim — daha doğrusu, qarşıma çıxan insanlar — adım

qədər gözəl olmadılar. Yəni onların qəlbləri gözəl deyildi 1977-ci ilin soyuq bir qış günü, Göyçayın Çaxırlı kəndində sadə və

zəhmətkeş bir ailənin ilk övladı olaraq dünyaya gəlmişəm. 12 yaşıma qədər olan uşaqlıq illərim çox şən və qayğısız keçdi. Hamı

kimi mən də, yeddi yaşımda məktəbə getdim. Bütün gün dərs oxuyar, qalan vaxtlarda isə qonşunun uşaqları ilə oynayar, bəzən

də atamın dizi üstə oturar, onun danışdığı nağıllara və oxuduğu şeirlərə qulaq asardım. Birinci sinifdən etibarən dərslərimi yaxşı

oxuyar, hər gün “5” alar, aldığım qiymətləri də sevinə-sevinə atama göstərərdim. Yazıq atam da sevinclə başımı sığallayıb: “Biz

oxuya bilmədik, barı siz oxuyun, adam olun”, — deyərdi. Hə, siz demişkən, mənim doğulmağımdan 6 il sonra əkiz bacı-qardaşım

— Həcər və Xəzər dünyaya gəldi. Onlarla həyatım təsvir edə bilməyəcəyim qədər rəngli idi. Anam evdar qadın idi. Atam isə

mövsümlük işlərdə işləyir, zəhmətlə də olsa bizi dolandırmağa çalışırdı. Sizi əmin edirəm ki yoxsul olsaqda gülümüz çox

xoşbəxt keçirdi.Ancaq təəssüf ki, xoşbəxt güllərimizin ömrü, bayaq qeyd etdiyim kimi, mənim 12 yaşıma — yəni 1989-cu ilə

qədər oldu.Onda bir il idi ki, vaxtilə hallarına acıyıb torpaqlarımızda sığınacaq verdiyimiz erməni quldurları, indi üçüncü

dövlətlərin köməyi ilə sığındıqları torpaqlara əl uzadır, eyni kənddə yaşadıqları, eyni məktəbdə oxuduqları, bir məclisdə iştirak

etdikləri, evlərinə qonaq gedib çörək kəsdikləri, illərlə “dost, qardaş” dedikləri insanları indi sözün həqiqi mənasında düşmən

gözündə görür, gördükləri yerdə bircə güllə ilə yerə sərirdilər. Şiddətli döyüşlər gedən Qarabağ torpaqlarında könüllü

özünümüdafiə batalyonları yaradılırdı. Bu batalyonlara Azərbaycanın hər yerindən olduğu kimi, Göyçaydan, bizim kənddən də

neçə-neçə qeyrətli oğullar qoşulurdu. Onlardan biri də atam oldu. O da “Vətənim dar gündədir”, — deyib yaradılan könüllü

batalyonlardan birinə qoşuldu. Yazıq atam... Onda onun cəmi-cümlətanı 38, anamın isə 35 yaşı var idi. Atamın getdiyi həmin

gün mən, bacım və qardaşım bir daha görməyəcəyimizi bilirmiş kimi, onun boynunu qucaqlayıb uzun-uzun ağladıq. Anam və

atamla sağollaşmağa gələn qohum-qonşular bizi ondan çətinliklə ayırdılar.Anamla mən hər gün Azərbaycanın başının üstünü

alan buludların tezliklə dağılması, müharibənin dayanması və atamın da hamı ilə birlikdə sağ-salamat evimizə qayıtması üçün

ağlaya-ağlaya dua edirdik. Amma təəssüf ki, belə olmadı. Üç ay sonra atamın şəhid xəbəri gəldi. O, Ağdərə uğrunda gedən

döyüşlərdə qəhrəmancasına şəhid oldu. Həmin gün elə bil dünya başımıza fırlandı. Gözəl o anları bir daha yaşayırmış kimi

kövrəldi. -Anamla mənim fəryadım, ölümün nə olduğunu hələ tam dərk etməyən körpə bacı-qardaşımın göz yaşlarına qarışdı.

Bəli, bizim də ürəyimizə əbədiyyən sönməyəcək bir od düşmüşdü, atam ölmüş, anam dul, biz isə yetim qalmışdıq. Sözlə təsvir

edə bilməyəcəyim ağır günlərimizdə elə həmin vaxtdan başladım. Anam bizə baxmaq üçün mövsümlük işlərdə işləməyə

başladı. Böyüdükcə biz də əlimizdən gələn qədər həyətdə, təsərrüfat işlərində ona kömək edirdik. Beləcə üç il keçdi. Mən 15

yaşıma gəlib çatdım. Doqquzuncu sinifdə oxuyurdum. Yay tətili idi.Bir gün axşamüstü anam işdən evə gəldi və onunla qonşu

kənddən olan, həm də eyni tarlada işləyən Roza adlı bir qadının İradə adlı qohumunun oğluna qız axtardığını və məni ona ərə

verəcəyini dedi. Mən həmin gün onun bu sözlərinə heç bir reaksiya vermədim, çünki anamın dediklərini hələ başa düşmür, tam

mənasıyla dərk etmirdim. Ümumiyyətlə, ailə qurmaq nə demək idi? Yalnız yemək bişirməkdən, silib-süpürməkdən, yuyubyığışdırmaqdanmı ibarət idi ailə qurmaq? Bunu da bilmirdim. Ancaq sonralar başıma gələn fəlakəti bir gün mənə"Qızım, , ailə

kiçik bir dövlətdir. Onu idarə etmək böyük məsuliyyət tələb edir. Sən hələ uşaqsan. Bu məsuliyyəti daşıya, bu

yaşında gəlin ola bilməzsən". Deyən Yaqut adlı qonşu qadının sayəsində yavaş-yavaş dərk etməyə başladım və bir gün

anama ağlaya-ağlaya oxumaq istədiyimi, ərə getmək istəmədiyimi dedim. Anam isə əvəzində: “Sən bu evin böyük qızısan, mənə

dayaq olmalısan. Qabil yaxşı oğlandır, yük maşını sürücüsüdür. Yayda otumuzu, qışda odunumuzu, dənimizi gətirər, bacıqardaşını oxudar, mənə də dayaq olar,” — deyib bu söhbəti bir daha açılmamaq üzrə bağladı.Bəli, artıq geriyə yol yox idi. Mən

özümü indi məni itirib-axtarmayan bacı-qardaşımın xoşbəxt gələcəyinə qurban verəcək, anamı isə əslində asanlıqla həll edə

biləcəyi bir neçə məişət problemlərindən xilas etmək üçün məktəb şagirdi olmalı olduğum yaşda bir evə gəlin, heç tanımadığım,

üzünü yalnız toy günü görəcəyim bir kişiyə arvad, ən dəhşətlisi isə özüm uşaq olduğum halda kim bilir, neçə-neçə uşağa ana

olacaqdım. Nəhayət, həmin gün gəldi. Bu söhbətdən düz 2 həftə sonra, iyun ayının ortalarında qonşu kəndə Qabil adlı oğlana

ərə getdim. Evdən çıxanda anam mənə: “Çalış, getdiyin yerdə başımızı aşağı eləmə. Gəlinliklə çıxdığın bu evə yalnız kəfənlə

qayıda bilərsən,” — deyib məni yola saldı. Beləcə biz Qabilin əmisinin jüquli markalı maşınında onların kəndinə yola düşdük.

Bibimlə əmim arvadı da mənimlə getdilər. Kəndə -çatana qədər yol boyu əllərimlə üzümü tutub dayanmadan ağlayır, ölmək

üçün Allaha dua edirdim. Oturduğum gəlin maşınının tabutum, geyindiyim ağ gəlinliyin kəfənim, getdiyim ər evinin də məzarım

olduğunu düşünürdüm. Nəhayət, gəlin evinə çatdıq. Maşından düşüb həyətə girəndə, sonradan başıma gələcəklər əvvəlcədən

ürəyimə dammış kimi yenidən ağlamağa başladım. Bizi elə qaynanam qapıdaca qarşılayıb evə apardı.Mən Qabilin, yəni

sonradan cəlladım olacaq ərimin üzünü də elə həmin gün gördüm. Qabil arıq, qısa boylu, ciddi görkəmli, qonur gözlü, qarayanız bir

kişi idi. O, məndən düz 12 yaş böyük idi. Mən Qabilin ikinci arvadı idim. Onun birinci arvadı 7 ay əvvəl evdə uşaq dünyaya

gətirdiyi zaman ölmüşdü. Buna görə də ailəsi ona yenidən toy etməmiş, yalnız ailə üzvlərindən və yaxın qohumlardan ibarət

kiçik bir yığıncaq təşkil olunmuşdu. Qaynanam bizi hər kəslə bir-bir tanış etməyə başladı. Qabilin özündən başqa üç qardaşı da

var idi. Qabil üçüncü idi. Onun dördüncü qardaşı da bir ay əvvəl toysuz, vüsatsız evlənmişdi. Əmim arvadı ilə bibim məni

sakitləşdirməyə çalışır, mən isə dayanmadan ağlayırdım. Hər kəs mənim sevindiyimdən ağladığımı zənn edirdi, ancaq bu heç

də belə deyildi. Birdən qaynanam ərimin birinci arvadından olan Asya adlı yeddi aylıq qızını mənə göstərib, uşağa doğulduğu

gündən bəri özünün baxdığını, böyüdükcə də mənə öyrəşdirəcəyini dedi. Əmim arvadı ilə bibim 2 saat oturduqdan sonra

mənimlə sağollaşıb, yenidən kəndimizə qayıtdılar.Beləliklə, mən ərim Qabil, yeddi aylıq qızı Asya, qaynanam Firuzə, qaynatam

Bayram, qaynım Yusif və eltim Baharla birlikdə yaşamağa başladım. Hər günü biri-birindən ağır, əzablı və çətin günlərim elə

həmin gündən başladı. Eltim Bahar məndən 3 yaş böyük idi. Hər ikimiz də bütün ev işlərini görə bilsək də, yemək bişirməyi

bacarmırdıq. Qaynanam yeməyin hazırlanma qaydasını bir həftə mənə, bir həftə də ona göstərərdi. Mən yemək bişirənə qədər

o, o bişirənə qədər mən yeməyin necə hazırlanmasını unutardıq. İnsafla deyəndə, qaynanam buna görə bizə bir söz deməz,

"Eybi yoxdur, ikiniz də hələ uşaqsınız, öyrənəcəksiniz,” — deyib səbirlə təkrar göstərərdi. Yusif də Bahara heç nə deməzdi. Amma

Qabil məni buna görə incidip danlayar, təhqir edib söyər, bəzən də insafsızcasına döyərdi. Hər dəfə də qaynatam harayımı

eşidib gələr, məni döydüyü üçün onu möhkəm danlayardı. İnsafla deyəndə qaynatamla qaynanam pis adam deyildilər, ancaq biz

bir böyük kimi onların hörmətini saxlamalı, dediklərini qeyd-şərtsiz yerinə yetirməli, qoyduqları qaydalara riayət etməli idik. İki

gəlin onların yanında başıaçıq gəzə, otura, hündürdən danışıb gülə, yemək yeyib su içə bilməzdik.Bəli, sözün həqiqi mənasında

gedəcək heç bir yeri olmayan mən, evin çətin qaydalarına və az qala məni hər gün heç nəyin üstündə döyən ərimin 15 yaşımda

cəhənnəmə çevirdiyi həyatıma uyğunlaşmağa çalışırdım."Eltimlə mən səhər hamıdan əvvəl oyanar, axşam hamıdan sonra

yatardıq. Bu müddətdə həm ev işləri görər, həm də ailəyə dolanışıq mənbəyi olan təsərrüfat işlərində kömək edərdik. Gün

ərzində yalnız yemək yediyimiz və ayaqyoluna getdiyimiz zaman dincələrdik. Bu arada mən həm də yavaş-yavaş Asyaya

baxmağa başlamışdım. Elə ilk gündən doğulanda anasını itirən bu körpə qıza qanım qaynamışdı. Onunla bağlı bir gün baş

verən hadisə isə indidə ürəyimi göynədir.Gəlin getdiyimin birinci ayı idi. Bir gün günorta, evdə heç kimin olmadığı bir vaxt Asyanı

qucağıma götürüb həyətimizdəki ucsuz-bucaqsız üzüm bağına getdim və orada, ağacların arasında evcik qurub onunla, bacı-qardaşımla olduğu kimi evcik-evcik oynamağa başladım. Bu vaxt ərim gəlib bunu gördü və məni belinin kəməri ilə möhkəm

döydü. Onun əlindən məni “Ay bala, yazığı niyə döyürsən, onun özü hələ uşaqdır, evcik oynayan yaşdadır, nə bilsin uşağa

baxmağı?” deyən Xavər adlı qonşu qadın aldı. Anam bir də iki ay sonra bacı-qardaşımla birlikdə məni görməyə gəldi. Ona

vəziyyətim barədə ümumiyyətlə heç nə demədim, çünki bunun bir faydası olmayacaqdı. Evdən çıxanda "Gəlinliklə çıxdığın bu

evə ancaq kəfənlə qayıda bilərsən" deyən anam nəinki məni evə geri qəbul etməyəcək, heç mənə qulaq asmayacaqdı da.

Əyyubla Dəstəgül Gözəlin danışdıqlarını göz yaşları içində dinləyir, dinlədikcə də onu uşaq yaşında mənfəətə qurban verib gəlin

köçürən anasına və cəlladı olan ərinə ürəklərində lənətlər yağdırırdılar. Beləcə, 5 ay keçdi. Gözəl gözlərini silib acı həyat

hekayəsinin ardını danışmağa davam etdi. Noyabr ayının ikinci bazar gününün, gündüz saatları idi. Mən həyəti süpürürdüm.

Birdən Maral adlı qonşu qadın ara çəpərə yaxınlaşıb işarə ilə məni yanına çağırdı. Maral anadan gəlmə eşitmə məhdudiyyətli idi,

özü də milliyyətcə erməni idi. Əsl adı Liyda olan Maral qonşu kənddən idi. O, on il idi ki, Rizvan adlı sağlam bir oğlanla ailə qurub

bu kəndə gəlin gəlmiş, bir oğlan, bir qız olmaqla iki əkiz uşaq dünyaya gətirmişdi, indi də üçüncüyə hamilə idi. Mən süpürgəni

atıb onun yanına getdim. Çatan kimi Maral əllərini həyətimizdəki şirin nar ağaclarına tərəf uzatdı. Bəli, hər şey məlum idi —

Maral yenə məndən nar istəyirdi. Onların da həyətində nar ağacı vardı, amma şirin deyildi. Buna görə də, o, hər dəfə məni görən

kimi bizdən şirin nar istəyirdi."Mən həmişə olduğu kimi, bu gün də ona iki şirin nar verdim. Maralın çəpərdən aralanması ilə

mənə, gözləri hədəqəsindən çıxacaqmış kimi baxan Qabilin qəfil böyürdən çıxması bir oldu."O, üzümə möhkəm bir şillə çəkdi və

qəzəbli halda: 'O erməni qadına niyə nar verdin bilmirsən ki, onlar bizim düşmənimizdir?' – deyə soruşdu. Bəli, Maral erməni idi.

Həmin vaxt cəbhədə cavan oğlanları bir güllə ilə şəhid edən, yaralayan, neçə-neçə soydaşımızı doğulub böyüdükləri doğma

torpaqlarından, min bir əziyyətlə qurub yaratdıqları ev-eşiklərindən didərgin salanlar arasında bəlkə də onunda atası, qardaşları,

ya da yaxın qohumları var idi. Amma Maral mənim üçün əvvəlcə eşitmə məhdudiyyətli bir insan, ailəsi kəndlərini tərk edəndə

onu aparmağa gəldikləri zaman bir daha görməməyi və həsrətlərini ürəyində daşımağı gözə alaraq onlarla getməyib sevdiyi

adamla və iki körpə balası ilə yaşamağı seçən sədaqətli bir qadın, fədakar bir ana idi. Bir də axı o, hamiləydi. İndi olanlarda nə

onun, nə də bətnindəki körpənin heç bir günahı yox idi. Mən, üzümə dəyən şillənin təsirindən səndələdim. Bir əlimlə yıxılmamaq

üçün ağacdan yapışdım, digər əlimlə də od tutub yanan üzümü tutdum. Qabilə isə cavab vermədim. O, bundan daha da

hiddətləndi və 'Gəl bura, indi sənə göstərərəm' – deyərək, məni saçımdan sürüyüb həyətdəki odun kötüklərindən birinin yanına

apardı. Hər iki əlimi kötüyün üzərinə qoydu və hərəsini bir nara görə dəryazla biləklərimdən kəsdi. - Nəə! Əyyubla Dəstəgül

eşitdikləri qarşısında heyrətləndilər. -Aman Allah! Yəni o, sizin əllərinizi sırf Marala iki nar veriiniz deyəkəsdi?' – Dəstəgül gözləri

yaşlı halda soruşdu: - Hə, qızım, – Gözəl kövrək halda davam etdi, – o an nə ağrıdan qopardığım fəryadım qulaqlarımdan, nə də

kəsilən əllərimin yerindən axan qan gözlərimin qarşısından getmir. Səsimə evdəkilər və yaxınqonşular yığışdı. Onlar da

gördükləri mənzərə qarşısında dəhşətə gəldilər. Öz imkanları ilə birtəhər qanaxmanı dayandırdılar və məni tez xəstəxanaya

çatdırdılar. Ancaq həkimlər nə qədər çalışsalar da, kəsilən əllərimi yenidən bərpa edə bilmədilər. Beləliklə, həmin gündən mənim

həyatla əsl mübarizəm başladı. Təbii ki Qabilin başıma gətirdiyi bu misli görünməmiş faciədən sonra yenidən onun evinə qayda bilməzdim. Bu səbəbdən də anam məni yanına aparmaq üçün xəstəxanaya gəldi. Amma mən onunla getmək istəmədim. Buna görə də müalicəm qurtaran

kimi məni Bakıya, uşaq evlərindən birinə göndərdilər. Həmin gündən də bir daha ailəmi görmədim. Qabili də həbsə saldılar.

Məhkəmənin hökmü ilə o, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə 12 il azadlıqdan məhrum edildi. Hökmü eşidən Qabil

elə həmin günün gecəsi özünü həpis xanada yatdığı çarpayının başından asıb öldürdü. Bakıya gələndən 2 ay sonra hamilə olduğumu

öyrəndim. Açığını desəm, bu xəbəri eşidəndə qanım qaraldı. Öz-özümə: 'Mən əliləm, onu dünyaya gətirsəm, necə baxacağam?'

– deyə düşündüm. Ancaq mən canımın yarısını itirmişdim, buna görə də körpə balamın canına qıymamağa, onu dünyaya

gətirməyə qərar verdim. 7 ay sonra gözəl bir qız balam dünyaya gəldi. Onun adını Həyat qoydum, çünki onun gəlişi məni sözün

həqiqi mənasında həyata qaytardı. : Onunla üç il uşaq evində yaşadıq. 18 yaşımın tamamında isə oradan birlikdə, kimsəsiz

insanların yaşadığı sığınacağa göndərildik. Dörd il sonra isə, yəni mənim 22, qızımın 7 yaşı olanda, öz istəyimlə sığınacaqdan

çıxmaq istədiyimi bildirdim. Əvvəlcə sığınacağın köməyi ilə özümə taxta bir vaqon, bir az da əşya aldım. Dövlət tərəfindən mənə

əlilliyimə, qızıma isə atasızlığa görə sosial müavinat təyin edildi." -Beləcə, biz sığınacaqdan çıxıb taxta vaqonda tək başımıza

yaşamağa başladıq. Bu arada mən ötən yeddi il ərzində əllərim olmadan necə hərəkət etməli olduğumu tam öyrənmişdim. Artıq

mən də, hamı kimi yemək bişirir, paltar yuyur, ev təmizləyir, qısacası hər işimi görür, özümün və qızımın ehtiyaclarını çətinlik

çəkmədən ödəyirdim. Namaz qılıb hicab örtməyə də elə həmin illərdə başladım. Əvvəl-əvvəl səcdəyə gedəndə əllərim olmadığı

üçün ayaqlarım yuxarı qalxırdı. 

Zaman keçdikcə bütün çətinliklər kimi buna da öyrəşdim.Sonra özümə bir araba alıb, qızım məktəbdə olduğu zaman kitab satmağa başladım. Yəqin deyəcəksiniz ki, niyə məhz kitab? Bilirsiniz, balalarım, mən ali təhsil

ala bilməsəm də çoxlu kitab oxudum. Uşaq evində də, sığınacaqda da bütün günüm kitab oxumaqla keçdi. İstədim ki, kitab

sataraq özüm kimi bütün insanları da kitab oxumağa cəlb eləyim. Beləcə günlər həftələri, həftələr ayları, aylar illəri əvəzlədi. Qızım böyüyüb Bakı Dövlət Universitetinin Hüquq

fakültəsində təhsil aldı. Təhsilini tamamladıqdan sonra isə qrup yoldaşı Ədalətlə ailə qurdu. İndi 2 uşağı var, özü də işləyir. Mən

də onula yaşayıram. "İndi harada evli kişi görürəmsə, ona arvadıyla mehriban davranmağı, ona qarşı anlayışlı

olmağı, fiziki zorakılıq tətbiq etməməyiii nəsihət edirəm: "Bax, belə, balalarım," – deyib Gözəl danışığını yekunlaşdırdı. 

-Siz

qəhrəmansınız, Gözəl xanım, bəli, qəhrəmansınız… – bayaqdan Gözəlin danışdıqlarını ağlaya-ağlaya dinləyən və onun sözünü

bitirdiyini görən

 Dəstəgül gözlərini silib, ağır-ağır danışmağa başladı. - Gör , nələr çəkmisiniz… Kiçicik yaşınızda gəlin olmusunuz,

əllərinizi itirmisiniz, amma bununla belə yıxılmamısınız. — Hə, qızım, — Gözəl cavab olaraq yenidən dilləndi, — düzdür, bu yolda

çox çətinliklərlə qarşılaşdım, amma... Əyyub bu yerdə sözə qarışdı: —Əvvəl Allahın, sonra da güclü səbrinizin, möhkəm iradənizin,

əzmkarlığınızın və mübarizliyinizin sayəsində bütün çətinlikləri aşıb bu günə gəldiniz. — Hə, oğlum, — Gözəl təsdiqlədi, — bir də

bayaq dediyim kimi… Həyatın sayəsində . Bəli mən bir heç uğruna əllərimi itirdim, amma əvəzində Həyat kimi bir qız, onun sayəsində də

Ədalət kimi bir oğul və iki də nəvə qazandım.Nə isə, mən gedim, daha başınızı ağrıtmayım, — deyə Gözəl ayağa qalxıb getmək

istəyirdi ki, Əyyub onu dayandırdı: — Gəlin, gedək çay içək. — Hə, gedək, susuzluqdan yanıram, — Dəstəgül ərinin sözünə qüvvət

verdi və əlavə etdi: — Yəqin ki, Gözəl xala buralarda bir kafe tanıyır. — Hə, qızım, tanıyıram, gəlin gedək, — Gözəl dedi. Hər üçü də

ayağa qalxıb iti addımlarla çay içəcəkləri kafeyə tərəf getdilər. 

Son

Şərhlər (0)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol