Fani Dünya

Fani Dünya

Uşaqlıq illəri şirin bir röya,

O təmiz duyğular qərq oldu hara?

Bizi gah ağlatdı, gətirdi vaya,

Bizə vəfa verməz bu fani dünya.


Dərdi dözülməzdir, qəmi dərindir,

Ömür bir yarpaqdır, yeli sərindir.

İnanma rənginə, hökmü kəskindir,

Bizə vəfa verməz bu fani dünya.


Gələnlər dadmadı burda səfanı,

Çəkənlər çox çəkdi dərdi, cəfanı,

Görmədim heç kəsdə qəlbi vəfanı,

Bizə vəfa verməz bu fani dünya.


Sərvəti, dövləti gözü kor eylər,

İnsanı yolundan, izindən eylər.

Kimi bəy adlanar, kimi də bəylər,

Bizə vəfa verməz bu fani dünya.

   Müəllif: Sirli Yazar___🖋️

Şərhlər (1)

  1. Qonaq Kama

    @Qonaq Kama

    12 sentyabr 26, 23:09

    Yazan əlləriniz var olsun. Sözləri incitək düzmüsüz. Çox gözəl şeirdir.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol