İçimdəki Əlvidalar - XeYka

İçimdəki Əlvidalar - XeYka


Əlvidalar yaddaşda qalır illərlə,

Əlvidalar deyilir hisslərlə, 

Əlvidalar doğur gözlənilməz sözlərlə,

Sən tək qalırsan qoyulan izlərlə...


Mən səni Dəyişməyə Çalışmayacam,

Səni dinləyəcəm uzun illərlə,

Səni Hər kəsdən uzaq, intihara aparmayacam,

Sənə sakitlik bəxş edəcəm gözlərlə.


Uzaq olacaqsan bu şəhərin küçələrindən,

Uzaq olacaqsan bu şəhərin səs-küylü gecələrindən,

Uzaq olacaqsan sənə Nifrət edənlərdən,

Uzaq olacaqsan hisslərini öldürənlərdən.


Taxacaqsan qulaqlıqları, dolacaq gözlərin,

Şəhərdən uzağa addım atdıqca əsəcək əllərin,

Və dönüb baxacaqsan Boz şəhərə,

Dolu gözlərlə qışqıracaqsan....


"Əlvida Sevgini öldürən Boz Şəhər,

Əlvida Qana Bulanmış Kiçik millət,

Əlvida Küçələrdəki Səfeh millət,

Əlvida yuxularda Xoşbəxt olan şəhər...."


Birdə Baxırsan Ki Köməyinə Çatmır Valideynlər,

Səni Anlamayıb, Tərk edib Gedənlər,

Səni Yalnız Qoyub Dost dediklərin,

Səni Yalnız Qoyub Sevgilin......


Axtaracaqsan Qapı qapı Həqiqət,

Bir Qapıda olacaq kin, digərində Nifrət,

Biri qonaq edəcək səni, biri qovacaq səni qapısından,

Ya gedəcəksən sonuna qədər, yada dönəcəksən yolun yarısından.


Gecənin bir yarısı, Zamanın axışında,

Gecə ilə gündüz bir birinə qarışanda,

Səhranın Ulduzları Altında,

Boz şəhərə dönüb baxacaqsan....


"Əlvida Sevgini öldürən Boz Şəhər,

Əlvida Qana Bulanmış Kiçik millət,

Əlvida Küçələrdəki Səfeh millət,

Əlvida yuxularda Xoşbəxt olan şəhər...."


Məktub Yazırsan Tanrıya Amma Cavab gəlmir,

İşarələr ilə dolu Mesajları gözlərin izləmir....

Göz yaşların düşür kimsəsiz quru torpaqlara,

Yalnızlıq səni sürükləyir qaranlıqlara. 


Tək bir od ışığında Kölgəndə Sənə yad gəlir,

O belə dayanmır Yanında, Qaçır səndən hər addımda,

Sakitliyin içində Keçmiş Xatirələrin,

Hər anı ilə Səssizcə yadına gəlir...


Əlvidalar yaddaşda qalır illərlə,

Əlvidalar deyilir hisslərlə, 

Əlvidalar

doğur gözlənilməz sözlərlə,

Sən tək qalırsan qoyulan izlərlə....

Şərhlər (11)

  1. ramil

    @ramil

    25 iyul 25, 06:53

    Hər əlvida yeni bir xoş gəldin-dir demək olar 

    Uğurlar🌟

  2. XIII

    @XIII

    14 iyul 25, 08:37

    Əla yazmısan dostum🤝🏻

    1. XeYka

      @XeYka

      17 iyul 25, 02:37

      Təşəkkür edirəm 🖤🫡

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    04 iyul 25, 00:05

    Birdə Baxırsan Ki Köməyinə Çatmır Valideynlər,

    Səni Anlamayıb, Tərk edib Gedənlər,

    Səni Yalnız Qoyub Dost dediklərin,

    Səni Yalnız Qoyub Sevgilin......

    Bugün gün yarısından sonra uşaqların iç səsi deyə mövzu məni çox düşündürdü.

    Bu şeirdə də diqqətimi bu hissə çəkdi.Hər zaman anlayan və dinləyənin olması arzusu ilə...

    1. XeYka

      @XeYka

      12 iyul 25, 03:03

      Təşəkkür edirəm Fikir Bildirdiyiniz üçün 🖤 

  4. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 19:37

    Hər bir hissəsi mənalıdır axı. Neçə oxumayasan ?🙏🏻

  5. Dərya Qasımova

    @Dərya Qasımova

    03 iyul 25, 14:46

    Həyat da bəzən bizim ürəyimizi sıxan hər şeyə əlvida deməliyik. Bəlkə, bu zaman qarşımıza gözəl hadisələr çıxar. Uğurlar, maraqlı idi 

  6. AytenCelilova

    @AytenCelilova

    03 iyul 25, 14:24

    Həqiqət dolu misralar,həyat dolu mənalar.Çox böyük duyğularla,hisslərlə yazılıb.Uğurlar🌟

    Əlvidalar yaddaşda qalır illərlə,

    Əlvidalar deyilir hisslərlə, 

    Əlvidalar doğur gözlənilməz sözlərlə,

    Sən tək qalırsan qoyulan izlərlə....

    💫Bu hissə şeirin sonu olduğu kimi,dilə gətirilən hislərində,həyatın mənasınında sonu idi...🥀🖤

    1. XeYka

      @XeYka

      12 iyul 25, 03:04

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 

  7. NezrinM

    @NezrinM

    03 iyul 25, 14:03

    "Birdə Baxırsan Ki Köməyinə Çatmır Valideynlər,

    Səni Anlamayıb, Tərk edib Gedənlər,

    Səni Yalnız Qoyub Dost dediklərin,

    Səni Yalnız Qoyub Sevgilin......"

    Bu hissəyə qəlbimi buraxdım ❤️İçimdəkiləri yazıda gördüm, çox gözəll. Uğurlarr😍

    1. XeYka

      @XeYka

      04 iyul 25, 01:57

      Bəyəndiyiniz Üçün Çox Sevindim. Oxuduğunuz və fikir bildirdiyin üçün təşəkkür edirəm 🖤 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol