Həyat budur - Aylin Qasımzadə

Həyat budur - Aylin Qasımzadə


Dünya cəm xəyalımda birləşib,

Gözüm görür, qəlbim duymur.

Axı niyə belə olur?


Nağıllara, dodaqlara,

Dastanlara, xəyallara

Sığmayan həyat budur?


Ceyran dünən qaçır,

Bu gün yatır.

Şir deyil, pələng deyil —

Fələkdi onu qapır.


Yazda açan çiçək,

Payız gəlib niyə solub?

Dünən çıxan günəş,

Bu gün niyə donub?


Zaman gələr, hamı susar.

Sən dil açarsan,

Onda deyərsən:


Nağıllarda, dastanlarda

Deyib gülən həyat budur.

Ceyrana sus deyən,

Çiçəyə sol deyən,

Günəşə dur deyən —

Həyat özü elə budur."

Şərhlər (8)

  1. NezrinM

    @NezrinM

    03 iyul 25, 14:05

    Sanki şeir yarım buraxılıbmış kimi gəldi, amma bəyəndim. Davamı gəlsə, əla olar. Uğurlarrr💘

  2. Feride

    @Feride

    03 iyul 25, 00:29

    Yaxşı bir şeir di , uzun olsa daha maraqlı olardı ardı olsa yaxsı olar 👍❤️

  3. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 00:03

    Sanki şeirin ardı var,davamı gəlməlidir. Uğurlar 🙏🏻 

  4. AytenCelilova

    @AytenCelilova

    02 iyul 25, 23:47

    Gözəl təsvir.Uğurlar🌟

  5. Dərya Qasımova

    @Dərya Qasımova

    02 iyul 25, 23:42

    Bəzi həqiqətlər tam olaraq təsvir edilib. Maraqlı idi Uğurlar 🤍

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    02 iyul 25, 23:31

    Həyat çox amansızdır.Ancaq insan içində yaşamağa davam edir.Çunki bəzən yaşamaq, yaratmaq ,gülə bilmək həyatın sənə verdiyi əzabları susdura bilməkdi.

    Məndə sizin şeirinizə belə fikir bildirmək istədim.

  7. SİRİUS

    @SİRİUS

    02 iyul 25, 23:30

    Həyatı təsvir ediblər ama tam o deyil.

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      03 iyul 25, 00:28

      Razıyam,tam deyil, mütləq davam etdirilməlidir deyə düşünürəm 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol