Ömür payı...

Ömür payı...

Həyatın hökmünə əlim çatmayır,
Ruhumun fəryadı ərşə yetməyir,
Mən sənə ömrümdən, pay verim necə?
Bu ömür pay deyil, kimsə satmayır.


Olsaydı, kəsərdim ömrümdən payı,
Hər günün calardım sənin ömrünə.
Daha nə edim ki, çarəm qalmayır,
Fələyin qanunu, bizə çatmayır.


Gözümdə hər sevinc yasa bürünür,
İçimdə arzular oda bürünür.
Sənə can verməyə gücüm də qalmır,
Dünya gözlərimdə darca görünür...

  

      Müəllif: Sirli Yazar___🖋️

Şərhlər (6)

  1. Qonaq Aygul

    @Qonaq Aygul

    08 may 26, 08:24

    Bilmezdim ki ,zaman ötdükcə yaralar sağalmaz olarmış,sağalar sanmışdım oysaki....

    1. Sürayə

      @Sürayə

      17 may 26, 21:44

      Rəyinizi üçün təşəkkür edirəm.🌷🙏🏻

  2. S.M

    @S.M

    08 may 26, 00:03

    Dərin mənalı sətirlərdir. 

    Uğurlarınız bol olsun.🤎

    1. Qumru Quluyeva

      @Qumru Quluyeva

      08 may 26, 01:28

      Mənə də şeir bir yana adınız maraqlı gəldi. Çox xahiş edirəm açıqlama verin, nədir S.M?

      1. Uraqan

        @Uraqan

        09 may 26, 08:09

        Məqalələrin altında müəlliflərin hesabları olur.

    2. Sürayə

      @Sürayə

      17 may 26, 21:45

      Rəyinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. Çox sağ olun.🌷🙏🏻

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol