Tənhalıq

Tənhalıq
Şeir: Tənhalıq
Gecənin sükutu dindirir məni.
Kölgəm qucaqlayır, gizləyir səni.
Bir vaxt gülüş dolu bu ürək indi,
Darıxmaq içində tapır dincini.
Küçələr yatıbdı, şəhər yuxuda ,
Yel əsir, səslər də itib havada.
Bir sükut, bir qaranlıq, bir də mən var,
Ümidim ilişib ay işığında.
Yenə də içimdə bir inam yanar,
Ümidim sönməz, gülüşüm qalar.
Dünya düzəlməz, amma kim bilir-
Bəlkə bir gülüş də möcüzə salar.

Şərhlər (1)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    27 dekabr 25, 12:42

    Tənhalıq bəzən hər şeydən yaxşı gələr insana.Sükut hökm sürər...

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol