Deyilənə görə, kitaba elə ad seçmək lazımdır ki, insanlar alıb oxusunlar... Bu, insanları aldatmağa bənzəyir. Siz kitaba uyğunsuz ad seçərək kimisə yanılda, nağıllar danışaraq onu aldada, yuxuya verə bilərsiniz. Nağıllar nəyə görə var? Balacaları yatırtmaq üçün...
Əgər sizə bu kitabdakı nağılların sizi yatırtmayacağını, əksinə, oyadacağını, həqiqətə aparacağını desəm, neyləyərsiniz? Təbii ki, yalanlar ölkəsində deyilən həqiqətlər insana nağıl kimi gəlir. Ona görə də bu kitabı nağıl kimi görəcək, içindəki uydurmaların həyatımızı əks etdirdiyinə şahid olacaqsınız.
Nağıl olsa da, bu bir həqiqətdir...
Uğursuz hekayələr "Cəhənnəmin Xəritəsi" kitabının davamıdır. Amma digər kitabları oxumadan da bu kitaba başlaya bilərsiniz.
Şərhlər (0)