Yalan vədlər -Ruh.Antares

Yalan vədlər -Ruh.Antares

Yalan vədlər…

  

Sənə qarşı hər səhvi edən zamanlar,

Düşünmədən, özümçün qəbir qazırdım.

Mənə düşmənin tək baxma, sən, gülüm...

Axı, mən bütün şeirlərimi sənə yazırdım.


Düşündüm dərya tək ,ömrümüz olsun,

Heç damla qədər, ömrüm olmadı.

Dedim heç olmasa tək yaşayım mən,

Heç tək yaşamaqda qismət olmadı…


Bilirdim, sevmirdin, sevməyəcəydin,

Bəs niyə yalandan vəədlər verdin?

Səssizcə otaqda ağlayan qadın,

Səninçün boş yerə ömrümü verdim.

Şərhlər (13)

  1. Spiritus

    @Spiritus

    02 iyul 25, 23:35

    Gedənlər heç zaman sevməyib bizi, 

    Aşiqin yollarda qalıbdı gözü, 

    Yandırır adamı həsrətin közü, 

    Gör necə qəddarmış, ayrılığ sözü... 

    1. ramil

      @ramil

      10 iyul 25, 12:13

      Gözəl şeirdir🙏

  2. Fatima

    @Fatima

    02 iyul 25, 20:51

    Hər bir bəndində axı həqiqətlər var. Sevib dəyər görməmək,ümidlə gözləyib qarşılığın ala bilməmək hamısı şeirdə öz yerini tapıb. Əgər qarşıdakı insanı seviriksə onu qırmadan incitmədən sevməliyik. Bir insan qarşıdakı insanı sevmirsə yalandan vədlər etməməlidir. Həmin insana ümüd verməməlidir. 

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      03 iyul 25, 00:02

      Salam,razıyam sizlə🙏🏻

    2. ramil

      @ramil

      10 iyul 25, 12:14

      Düzdür 🙏

  3. Sunay Məmmədova

    @Sunay Məmmədova

    02 iyul 25, 17:53

    Dərin və çox duyğulu bir iç səsin ifadələri🌚 Gələcəyi bilmədən və qərarından əmin olmadan vədlər vermək çox mənasız və düşüncəsizdir. Gələcəyi görməsək belə, qərarımızdan əmin olmamış kiməsə yalandan vəd vermək çox yanlışdır, bu səhvə düşməyək))

    1. ramil

      @ramil

      01 avqust 25, 04:24

      Təşəkkürlər ✨ 

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    02 iyul 25, 14:50

    Sənə qarşı hər səhvi edən zamanlar,

    Düşünmədən, özümçün qəbir qazırdım...bu misralara belə bir şeir ilə cavab yazmaq istədim😊


    ---


    Sənə qarşı hər səhvi edən zamanlar,  
    Düşünmədən, özümçün qəbir qazırdım.  
    Gülüşünü itirdiyim anlarda mən  
    Sükutla içimdə parçalanırdım.




    İndi gecələrdə adınla yanır  
    Gözlərim — onsuz da sönməkdə olan.  
    Kaş ki, dönə bilsəm tək bir baxışa,  
    Kaş ki, susmayaydım o son cavabdan...

    Şeir mənim deyil😊Sadəcə olaraq belə rəy yazmaq istədim.

    1. ramil

      @ramil

      15 iyul 25, 09:37

      Çox gözəl yazmısınız 😊🙏

  5. SİRİUS

    @SİRİUS

    02 iyul 25, 14:28

    Yenə boşa getmiş bir ömür. Nəyə lazımdır axı ? Əyər bir insan öz duyğularını bexş edə bilmirsə o insandan uzaq durmaq ən yaxşısıdır. Ve əyər bəxş edibsə niyə bu qədər peşmanliq?

    Biri  bir gün sevməyəcək

    Biri gedəcək gelmeyecek 

    Biri qədrini bilməyəcək 

    onda yaşamagin nəyə gərəkdir?

    1. ramil

      @ramil

      10 iyul 25, 12:15

      Məncə bu sualların cavabı olsa belə,biz tapa bilməyəcəyiy.

      Uğurlar🙏

  6. Dərya Qasımova

    @Dərya Qasımova

    02 iyul 25, 12:59

    "Bilirdim sevmirdin, sevməyəcəkdin" Burda sanki səmimi, eyni zaman da acı bir etiraf var. Hər şeyi bilirsən, amma düşünürsən ki bir ümid bəlkə də, dəyişdi. "Bəs niyə yalandan vədlər veriridin?" Bu suala cavab verməyin, özü də çox ağırdı. Yalandan ümidlər vermək, boş yerə sözlər vermək insanın ruhunu parçalayır. Bəzi insanlar sevməyi yox sadəcə özlərini sevdirməyi bacarırlar... Uğurlar 🤍

    1. ramil

      @ramil

      01 avqust 25, 04:23

      (Bəli sadəcə özlərini sevdirməyi bacarırlar )

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol