ÜRƏYİMƏ KÖÇƏRSƏN? - Arzu Xasayeva

ÜRƏYİMƏ KÖÇƏRSƏN? - Arzu Xasayeva
ÜRƏYİMƏ KÖÇƏRSƏN?
Sənə Günəşim desəm,
Dünyama nur saçarsan?
Arzum, diləyim desəm,
Könlümə yol açarsan?
Ətirli gülüm desəm,
Süsən, sünbülüm desəm,
Şaqraq bülbülüm desəm,
Eşq bağımda uçarsan?
Düşsəm dumana, çənə,
Əl uzadarsan mənə?
Bilsən aşiqəm sənə,
Ürəyimə köçərsən?
        Arzu  Tahirqızı

Şərhlər (2)

  1. SİRİUS

    @SİRİUS

    08 iyul 25, 11:05

    Möhtəşəm 💫 indiyə qədər oxuduğum en gözəl sevgi şeiri oldu. İnsan gərək hər sətiri yaşayaraq yazsın. Bu böyük bir qəlblə sevdiyinin sübutudur. Sen çox gözəl sevirsən. Allah herkesi öz yarına birləşdirsin inşallah 🤲 ❤️ 

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    08 iyul 25, 00:46

    Sevgi dolu yazılmış sözlər cümlələr bir araya gəlmiş şeir olmuş😊

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol