Şair Həsən Kürün Xatirəsinə...

Şair Həsən Kürün Xatirəsinə...

Bir az əvvəl şair Həsən Kür dünyasını dəyişdi. Onu yaxından tanımasam da, Qarabağ qazisi olduğunu bilirdim. 

İyulun 7-də halı qəfil pisləşən Həsən Kür Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, beyin qanaması nəticəsində həyatını itirib.

Qeyd edək ki, gənc şair Həsən Kür bu il, fevralın 22-də intihara cəhd etmişdi. O, "Sevinc Moll" ticarət mərkəzinin üçüncü mərtəbəsindən özünü atmış və 19:10 radələrində müxtəlif bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilmişdi. Uzun müddət davam edən müalicədən sonra evə buraxılmışdı. 

* * * * * * *

          Bağışla, İlahi! 

Xoşbəxtlik payladın bütün dünyaya,

Üstündə ot bitən daş xoşbəxt oldu.

Ovçunun əlləri əsdi bir anlıq,

Göydə qanad çalan quş xoşbəxt oldu.


Hərə bir ağızdan rəhmət oxudu,

Bir anlıq ölülər xoşbəxt oldular.

Hər günəş doğuşun bayram etdilər,

Hər səhər dəlilər xoşbəxt oldular.


Xoşbəxtlik payladın bütün dünyaya,

Hamı öz vaxtından tez xoşbəxt oldu,

Yağış yerə düşdü toz xoşbəxt oldu.

Özgə bir insanın bəy masasında,

İlahi sevdiyim qız xoşbəxt oldu.


Mən, bizi qovuşdur deyə yalvarıb,

Sənə əl açmışdım aşiq olanda.

Hamı xoşbəxt oldu bu yer üzündə,

Layiq olmayan da, layiq olan da.

Mən niyə yadından çıxdım görəsən.


Hamı xoşbəxt oldu bu yer üzündə,

Kəpənək bağçada, arı pətəkdə.

Hətta xoşbəxt oldu bir vaxt kəsilmiş,

Yenidən canlanan kiçik kötük də.

Mən niyə yadından çıxdım, görəsən

Nə günah etmişəm bu böyüklükdə?


Yox, nəsə etmişəm dinc durmamışam,

Bəlkə duz tökmüşəm yara üstünə.

Bəlkə bilməmişəm bir qaranquşun,

Yuvasın yıxmışam bala üstündə.


Bəlkə göz dikmişəm mən canı yanmış,

Dünya sərvətinə dünya malına.

Bəlkə amin demək yadımdan çıxıb,

Yaşlı nənələrin dualarına.


Qurbanın olaram, keç günahımdan.

Bağışla İlahi, bilim ki varam.

Bağışlasan elə sən bağışlarsan,

Mən olsam özümü bağışlamaram.

                                               Həsən Kür

Şərhlər (12)

  1. Əminə

    @Əminə

    12 iyul 25, 19:07

    Deyirlər şeir yazmaq üçün insan ölməldir yada nəsə itirməlidir .Bəlkədə yaşamaq istəməmişdir Allah rehmet etsin 

  2. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    09 iyul 25, 11:03

    Allah rəhmət eləsin.. Allah günahların bağışlasın..

  3. Sunay Məmmədova

    @Sunay Məmmədova

    08 iyul 25, 20:24

    Allah rəhmət eləsin, qəbri nurla dolsun. Bu dünyadan çox xeyir görməyib, o dünyada görsün.

  4. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    08 iyul 25, 15:53

    Allah rəhmət eləsin. Nur içində yatsın. 

  5. Röyane

    @Röyane

    08 iyul 25, 12:27

    Özge bir insanın bey masasında 

    İlahi sevdiyim qız xoşbext oldu. 

    Çox heyif. 😔

    Allah rəhmət eləsin. 🥀

  6. Dərya Qasımova

    @Dərya Qasımova

    08 iyul 25, 09:48

    Allah rəhmət eləsin. Ruhu hər zaman şad olsun. Onlar bizim qəlbimizdə hər daim yaşayacaq

  7. SİMURQ

    @SİMURQ

    08 iyul 25, 09:42

    Allah rəhmət etsin, ruhu nurla ,hüzurla dolsun 🙏🏿. 

  8. İlahə

    @İlahə

    08 iyul 25, 09:28

    Ruhu şad olsun. Allah qəbrin və axirətin əzabından amanda saxlasın🤲🏻

  9. Aynur Yusifova

    @Aynur Yusifova

    08 iyul 25, 08:01

    Şair öz günahını o qədər böyük görür ki, insan olaraq özünü bağışlaya bilməyəcəyini deyir, amma Allahın rəhmətinə sığınıb ondan bağışlanma diləyir. 😥😥

    Allah günahlarını bağışlasın.Yeri cənnət olsun.Allah səbr versin.Bu dünyada bir gün varıq,bir gün yox.Bəzən barışmaq olmasa da,bu dünyada tək gərcək haqq yoludu...

  10. Feride

    @Feride

    08 iyul 25, 07:58

    Allah rəhmət eləsin 🥀 Vətən uğrunda döyüşəndə o gördüklərin , dostlarının , komandirinin , bəlkə əsgərlik dosdunun ölümlərini gömək və yenədə yaşamağa davam etmək asan deyil

  11. ramil

    @ramil

    08 iyul 25, 03:36

    Allah rəhmət eləsin, Axirəti gözəl olsun inşAllah 🥀

  12. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    08 iyul 25, 02:16

    Allah rəhmət eləsin.. Allah günahların bağışlasın deyək   

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol