Qəfəsdə qalan dualar - Ruh.Antares

Qəfəsdə qalan dualar - Ruh.Antares

“ Qəfəsdə qalan dualar”


Əlindən tutdum, əllərim əsdi,

Sanki mən quş idim, ruhum qəfəsdi.

Əllərimdə dondu zamanın nəbzi,

O gözəl gözlərin nəfəsimi kəsdi.


Sənsiz keçən hər bir günümdə,

İnan ki, dualarım əksik olmadı.

İstədim bir günü sənlə yaşayım,

Nə qədər istədim, qismət olmadı.


Bəlkə də mələktək göyə ucaldın,

Səhvini anlayıb niyə tək qaldın?

Bilmirəm, cavansan, bəlkə qocaldın…

Bildiyim budur:

Mənim gözümdə xeyli alçaldın!

Şərhlər (8)

  1. SİRİUS

    @SİRİUS

    03 avqust 25, 01:29

    Bəzən ne qədər istəsək də bəzi insanlar qalmır həyatımızda.  Əminəm ki gedişlər bizi daha möhkəm etmek üçündür. Şeir biraz qəmli biraz həsrət dolu idi uğurlar.✨🌟

    1. ramil

      @ramil

      03 avqust 25, 06:03

      Bəli, bəzi gedişlər bizə həyatın əsl üzünü göstərmək, bizi formalaşdırmaq üçündür. Həyat özü bir oyundur və hər bir insan bu oyunun baş qəhrəmanıdır. Amma ssenarini yazan əvvəlcədən bəzi səhnələri yazıb, bəzi hissələri isə bizim seçimlərimizə buraxıb...

      Fikrinizi bölüşdüyünüz üçün təşəkkür edirəm.

      Uğurlar)

      yolunuz açıq olsun. 🌟

  2. AytenCelilova

    @AytenCelilova

    08 iyul 25, 14:08

    Mənim gözümdə xeyli alçaldın!

    Allah heç bir sevəni bir birinin gözündə alçaltmasın.Dərin duyğulara sahibsiniz.Uğurlar🌟💫

    1. ramil

      @ramil

      08 iyul 25, 17:00

      Təşəkkürlər 🙏

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    08 iyul 25, 10:00

    Çox dərin hisslərlə yazılıb. Sanki mən quş idim, ruhum qəfəs. Bir insanın ruhunun parçalanması ifadə edilib. Deyərdim ki, insanın iç dünyasının sıxılması, elə azadlığının əlindən alınması deməkdir.. 

    Uğurlar 

    1. ramil

      @ramil

      08 iyul 25, 10:06

      Çox sağolun ✨

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    08 iyul 25, 09:31

    Bildiyim budur:

    Mənim gözümdə xeyli alçaldın!
     Sevdiyinin gözündə açalmaq...

    Kimsəyə qismət olmasın.Çox təəssüfki bunu yaşayanlar da yaşadanlar da var...

    1. ramil

      @ramil

      08 iyul 25, 10:07

      Təssüfki🫤

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol