Yolunu gözləyirəm - Fatma Məcidova

Yolunu gözləyirəm - Fatma Məcidova

Yolunu Gözləyirəm


Sən gələcəksən... bilirəm hələ,

Amma yollar uzanır gecə kimi.

Ürəyim susmur, deyir hər an..

Gələcək, sadəcə uzaqdadır indi...


Zaman yorulur, gözlər yol çəkir,

Səssizliyə sığınıram hər anımda.

Ümidim solmur, çünki bilirəm 

Gəlirsən... bir az gec, bir az uzaqdan.


Dənizlər susar, səbrlə dinləyər,

Sənə aparar dualarımı.

Sənsiz ötən hər an bir əsr kimi,

Yolunu gözləyirəm... qırıq qanadlı...


Nə fırtına qorxudur, nə uzaqlıq,

Sənə çatan hər yol, mənim üçün açıq.

Gələcəyin o gün, ömrümün baharı 

Yolunu gözləyirəm  susaraq, sakit...

Şərhlər (6)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    14 iyul 25, 01:34

    Bəzən gəlməyəcəyini bilə bilə  gözlüyürük.. sadəcə bir ümid.. somuncu ölən ümidlərdi deyiblər heç zaman ümidi  üzmürük.. əllərinizə sağlıq

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      17 iyul 25, 20:22

      Sevmək və sevilmək gözəldi. Sevdiyini gözləmək ondan da gözəldi.😊

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    10 iyul 25, 19:31

    Bəzən, gözləyirik. Gəlməyəcəyini bilə-bilə. İnsana ən çox əziyyət verəndə elə burasıdır

    Uğurlar 🤍

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      12 iyul 25, 19:25

      Sevdik sən sonra gözləmək də gözəldir😍😍

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    10 iyul 25, 18:58

    Kaş ki,gedənlər geri gəlsə...Bu şeir atamı xatırlatdı mənə😔

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      12 iyul 25, 19:26

      Cann🥹, 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol