Şah və mat İnsan - XeYka

Şah və mat İnsan -   XeYka

Otaq olduqca soyuq idi və sadəcə 1 lampa ilə otaqdaa azca masanı işıqlanırdı. Masanın üzərində çox gözəl naxışlı bir şahmat taxtası vardı. Masanın arxasında isə bir insan və bir mələk əyləşmişdi. ...

Bəli bir İnsan və Şeytan. 

Şeytan dedi: Oyuna hazırsanmı ey insan?

İnsan: Əlbəttə, səni məğlub etməyə. Yaradılışın ilk günündən razıyam.

Şeytan: Onda gəl mərc edək.

İnsan: Nə mərci?

Şeytan: Əgər ki mən qalib gəlsəm sən Tanrıya ibadət etməyi buraxacaqsan və ətrafındakı bütün insanları Tanrıya inanmamasına kömək edəcəksən.

İnsan: Bəs mən qalib gəlsəm?

Şeytan: Sən Qalib gəlsən mən bir daha insanlara vəs-vəsə etməyəcəm və Tanrıya yenidən ibadət edəcəm.

İnsan: Yaxşı mən razıyam başlayaq.


Oyun masası hazırlanar. Şeytan və İnsan öz yerlərini alırlar və timer başlayır. İlk adımmı İnsan edir və deyir - Tanrı, Adəm və Həvvanı yaratdı.

Şeytanda öz addımını davam edir və deyir - İlan cildində Həvvanı aldatdım və qadağ meyvəni dərdi.

İnsan öz addımını gedir və deyir - Tanrı Musa'nı Mesih etdi və Tövratı insanlar üçün göndərdi.

Şeytanda öz addımını gedir və deyir - İnsanları yolundan çıxardım və onlara əqidəsizliyi, Şərəfsizliyi öyrətdim. İnsanlar Tanrıya olan inamları azaldı.

İnsan bir addım daha gedir və deyir - Bir gecə ay ışığında İsa Mesih dünyaya gəlir və İnsanlar yenidən Tanrıya inanır. İncirin qaydalarına riayət edirlər.

Şeytan addım gedir və deyir: İnsanlar İncili dəyişdirir və yenidən insanlar öz inancını itirir.

İnsan addım gedir və deyir - Məhəmməd Peyğəmbər Quran'ı yazır və Müsəlman dini dünyaya yayılmağa başlayır.

Şeytan addım atır - Şah və mat İnsan. Mən qalib gəldim. İnsanlar artıq Tanrıya inanmaq istəmirlər. Onlar inancını itirməkdən əlavə başqa insanlarıda inanclarından uzağlaşdırırlar..... Və səndə Bu Oyunu mərc ilə oynadığın üçün məğlub oldun insan. Mərcdə bir günahdır.....

Şərhlər (17)

  1. Ayan

    @Ayan

    07 avqust 25, 21:59

    "Mərcdə bir günahdır" çox doğru 🙌🏻👏🏻

  2. Hevva

    @Hevva

    07 avqust 25, 13:53

    Sonu təəccüblü oldu👏🏻

    1. XeYka

      @XeYka

      07 avqust 25, 14:16

      Daha təəcüblü hekayələr üçün digər hekayələridə oxuya bilərsiniz....

  3. Fidan

    @Fidan

    07 avqust 25, 13:13

    Sonu məni də mat etdi,super.👏🏻👏🏻

    1. XeYka

      @XeYka

      07 avqust 25, 14:18

      Oxuduğunuz üçün təşəkkürlər 🖤 

  4. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    07 avqust 25, 11:39

    Sonluğu çox gözəl bitdi.. Maraqlı idi uğurlar 

    1. XeYka

      @XeYka

      07 avqust 25, 14:17

      Oxuduğunuz üçün təşəkkürlər 🖤 

  5. ramil

    @ramil

    25 iyul 25, 06:58

    "Mərcdə bir günahdır"

    Çox mənalı yazıdır...

    1. XeYka

      @XeYka

      25 iyul 25, 10:27

      Təşəkkür edirəm 🖤 

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    19 iyul 25, 08:54

    Hekayənizi yol gedərkən marşutda oxudum.Marşutdakı o qədər səsə ramən tüklərim ürpəşdi oxuduqca.Yaşaya bildim hər sözü hər cümləni.Sonunu belə gözləmirdim.Şeytanın insana belə cavab verəcəyini.Bəzən düşünürəm ki,insan hər şeyə qadirdi.Bəzən isə bunun heçdə belə olmadığını anlayırsan.Səhər səhər insanı düşündürücü bir hekayə...Çox sağ olun.

    1. XeYka

      @XeYka

      19 iyul 25, 11:24

      Fikir Bildirdiyiniz üçün təşəkkür edirəm 🖤 🫡 

  7. SİRİUS

    @SİRİUS

    18 iyul 25, 12:41

    Həqiqətən elədir. İnsanin inancı her şeydir. İnancını itirmiş bir cəmiyyət böyük bir qaranlığa həbs olar. Bu yazıda bütün dünyanın indiki vəziyyətini canlandirmisiniz. Təşəkkür edirəm. Uğurlar 🫶 ❤️ 

    1. XeYka

      @XeYka

      19 iyul 25, 02:22

      Fikirləriniz üçün Təşəkkür edirəm 🖤 🫡

  8. Asuela

    @Asuela

    18 iyul 25, 10:18

    şeytanın en böyük qelebesi insanı şübhe ve merc ile sınağa çekmekdir.. inancla oyun olmaz..

    derin ve düşündürücü,uğurlar❤️

    1. XeYka

      @XeYka

      18 iyul 25, 11:09

      Fikir bildirdiyiniz üçün Təşəkkür edirəm 🖤

  9. Fatima

    @Fatima

    18 iyul 25, 08:51

    Çox maraqlıdır.  Hər addım bir dönəmi, bir peyğəmbəri, bir kitabı xatırladır və bu çox gözəl şəkildə qurulub.Ən çox diqqətimi çəkən hiss, oyunun sonunda Şeytanın dediyi sözlər oldu. İnsan qalib gəlsə belə, mərcin özü bir günah idi və bu, insanın məğlubiyyətidir. Yəni bu hekayədə təkcə kim qalib gəldi sualından daha çox, “hansı yollarla?” sualı vacibdir.Bir anlıq düşünməyə vadar edir: Bəzən niyyətimiz doğru olsa da, seçdiyimiz yol bizi məqsədimizdən uzaqlaşdıra bilər.Çox dərin və təsirli bir yazıdır. 

    1. XeYka

      @XeYka

      18 iyul 25, 11:11

      Təşəkkürlər🖤🫡

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol