Həyat yolu — Ruh.Antares

Həyat yolu — Ruh.Antares

“Həyat yolu”


Qarışıqlıq içində susub, dayanıb,

Həyatı nəfsimə qurban vermişəm.

Hər gecə mənasız şeir yazaraq,

Sənsiz viranə həyat qurmuşam.


Əl açıb hər gecə dua edərkən,

Ən böyük duanı sənə etmişəm.

Sadə lövh insanam, bilirəm, amma,

Sənsiz həyatı həyat bilmişəm.


Qabaqcıll olma, gedmə, bir dayan,

Mən sənə nə vaxt əziyyət etmişəm?

Səninlə keçdiyim həyat yolların,

İnan ki, hər saniyə xəyal etmişəm.


Mən bir payızam, bütün yarpaqları

Yandırıb, hər birin xəzəl etmişəm.

Düzdür, çox gecdir, başa düşürəm,

Sənlə həyatımı hədər etmişəm.


Deyirsən: “Əzəli, əbədi sevgim,

Bir qul üçün əbədi sevgi olarmı?”

Hər kəsdən gizlin verdiyin dəyər

Sevgisiz bir şəxsə qismət olarmı?


Şərhlər (6)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    21 avqust 25, 10:21

    Sözləriniz çox dərin mənalar daşıyır. Sanki susduğumuz hər günün əvəzini indi bu misralarla ödəyirsiniz. Keçmişə bu qədər gec qayıtmaq, hər şeyi bu qədər içdən ifadə etmək asan deyil. Ancaq yazdığınızda etiraf var, təəssüf var və ən çox da gecikmiş bir sevgi hissi. “Mən bir payızam” fikri çox gözəl və eyni zamanda acı bir bənzətmədir, çünki payız həm sonu, həm də solmağı, yanmağı təsvir  edir. Uğurlar, maraqlı idi. 🤍

    1. ramil

      @ramil

      23 avqust 25, 08:34

      Analiz etdiyinizə görə təşəkkürlərimi bildirirəm.

  2. SİRİUS

    @SİRİUS

    19 avqust 25, 23:23

    Dünyada əbədi heç nə yoxdur. Dünya özü belə müvəqqətidir. Bir söz oxudum o gün : Dünyada əbədi qədər müvəqqəti heç nə yoxdur. Yazırdı. Sanki bir cümlə söz bütün hər şeyi anlatmağa deydi. Uğurlar ✨

    1. ramil

      @ramil

      23 avqust 25, 08:35

      Çox sağolun 

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    19 avqust 25, 19:53

    Şeirdə bir insanın həyatındakı qarışıqlıq, içindəki boşluq və keçmişdə etdiyi səhvlər var. O, sevgisini, ümumiyyətlə həyatını, qarşı tərəfə qurban verdiyini deyir. Sevgi ilə yaşamağa çalışsa da, bu sevginin sonunda yalnızlıq və peşmanlıq qalıb. “Mən bir payızam” misrası ilə özünü solğun, tək və yorğun biri kimi təqdim edir. Sonda da etiraf edir ki, bəlkə də hər şey üçün artıq gecdir...

    1. ramil

      @ramil

      19 avqust 25, 20:19

      Təşəkkürlər ✨ 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol