Bir baharlıq gözəl — Ruh.Antares

Bir baharlıq gözəl — Ruh.Antares

Ələm tək yanır gözəl əllərin...

Əlini sıxsam — küsəcək əlin.

Səndən başqasına baxmaz bu gözlər —

Sənsiz sevgini axı, neyləyim?..


Sanki bir güldür mənim gözəlim,

Gözəldir — mənimçün həm də özəldir.

Gözləri mirvari, saçları qara...

Cismi bir yana — qəlbi gözəldir.


Telin bir ləçəkdir — toxunsam, qopar...

O gözəl gözündə sanki ümüd var.

Gözəl saçlarıntək uzundur yolum —

Hər addımımda var sonsuz bir bahar…



Qeyd:

Zəhmət olmasa, şeiri oxuyarkən durğu işarələrinə və intonasiyaya diqqət yetirin.

Əks halda, misralar və bəndlər arasında uyğunsuzluq yarana bilər.

Şərhlər (9)

  1. Fatima

    @Fatima

    29 iyul 25, 22:13

    Bu şeir sevginin zərif və qırılqan halını çox gözəl çatdırır. Hər misrada həm məhəbbət, həm də ehtiyat var . Sanki sevdiyini incitməkdən qorxan bir qəlbin səsi kimi. İfadələr sadədir, amma hiss etdirdikləri dərin və təsirlidir. Xüsusilə “Əlini sıxsam – küsəcək əlin” misrası yaddaqalan və duyğulu alınıb.

    1. ramil

      @ramil

      29 iyul 25, 23:02

      Düşüncələrinizi bölüşdüyünüz üçün təşəkkürələr )

  2. SİRİUS

    @SİRİUS

    29 iyul 25, 11:56

    Bir sözlə möhtəşəm 💫 uğurlar 💫💖

    1. ramil

      @ramil

      29 iyul 25, 23:02

      Möhtəşəm olan sizin  dəsdəyinizdir  🙏

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    29 iyul 25, 11:05

    Sizin bu yazdığın sətirlərdə sevgi həm zərif, həm də qorxaq şəkildə təsvir edilib. “Əlini sıxsam — küsəcək əlin” misrası, elə bil sevginin nə qədər incə və toxunulmaz olduğunu göstərir sanki hisslər var, amma addım ata bilmir. Ümumilikdə isə bu şeirdəki hisslər, mənə bir növ səssiz, amma səmimi gəldi. 

    Uğurlar, maraqlı idi 🤍

    1. ramil

      @ramil

      29 iyul 25, 23:03

      Çox sağolun 🙏 

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    29 iyul 25, 09:39

    Sizin dediyiniz kimi oxudum🥰 şeirin də əsl gözəlliyi intonasialı oxumaqdır.Yoxsa onun dadı duzu olmaz.

    Oxuduqca elə bildim ki,kimsə mənə deyir o gözəl sözləri🥹😍 

    Təşəkkürlər❤️

    1. ramil

      @ramil

      29 iyul 25, 10:15

      Paylaşımıma,bu qədər hörmətlə yanaşdığınız üçün,əsas mən sizə təşəkkürlərimi bildirirəm. 🙏 

  5. ramil

    @ramil

    29 iyul 25, 07:12

    📌Fikirlərinizi bölüşməyi unutmayın...

    Uğurlar🌟

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol