Darıxmaq - Fatma Məcidova

Darıxmaq - Fatma Məcidova

Sənsiz günlər susur, gecələr danışır,

Səni anmaq qəlbimdə min iz buraxır.

Saatlar yorulur, yollar uzanır,

Adını çəkəndə içim boylanır.


Darıxmaq  bir dəniz, mənsə dalğası,

Hər xatirə olur könlümün ağrısı.

Sevgi uzaqlıqda solmur heç zaman,

Əksinə, böyüyür hər yeni an.

Şərhlər (5)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    18 avqust 25, 20:20

    Bu şeir, uzaq olsa da sevgidən vaz keçməyən, hələ də ürəyində yaşayan bir qəlbin sözləridir.

  2. ramil

    @ramil

    17 avqust 25, 12:14

    Şeiri yazan şəxs,şeiri yazmayıb sanki yaşayıb,ona görədə iki  bəndlə sona çatib,bəzi yarım qalan sözlər kimi...

    Mükəmməl idi,uğurlar🌟

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    17 avqust 25, 08:39

    Sözləriniz  çox təsirlidir... elə bil içimdəki duyğuları kimsə sətir-sətir oxuyub yazıb. Hiss olunur ki, bu sevgi zamanla solmayıb, əksinə daha da böyüyüb  bunu oxuyanda adam özü də inanmaq istəyir ki, bəlkə hər şey hələ də yaşayır. "Darıxmaq bir dəniz" deməyiniz o qədər yerinə düşüb ki, insan özü də o dalğalarda itib-batmaqdan qorxmur. 

    Uğurlar, maraqlı idi 🤍 

  4. SİRİUS

    @SİRİUS

    17 avqust 25, 01:26

    Qəşəng uğurlar 🤍

  5. Məmmədova

    @Məmmədova

    16 avqust 25, 23:29

    Əla uğurlar 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol