Qəmli payız - SİRİUS

Qəmli payız - SİRİUS

Payızda üşüdür məni ,

Qoyma qışa dönsün könlüm.

Danışma məndən səssiz qal,

Qıyma yaşla dolsun gözüm.  


Səni məndən alan fəsil ,

İstəsəm geri qaytarar?  

Məni sənsiz qoyan payız ,

Ağlasam geri qaytarar? 


Xəzəl olan o yarpaqtək ,

Mənasızdı ömrüm sənsiz.

Boşa getmiş bu ömür tək ,

Parçalandı qəlbim səssiz. 


Yağış da sənin kimidir...

O sakitcə yağır gedir ,

Payız da sənin kimidir...

Yaşadır, öldürür gedir. 


"SİRİUS" 

Şərhlər (2)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    22 sentyabr 25, 18:41

    Səni məndən alan fəsil ,

    İstəsəm geri qaytarar?  

    Məni sənsiz qoyan payız ,

    Ağlasam geri qaytarar? 

    Kaş geri qayıdar canım atam🥺

    09.17.2024...

    1. SİRİUS

      @SİRİUS

      29 sentyabr 25, 13:15

      Allah rəhmət eləsin can .

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol