Getdi - Missaliyeva

Getdi - Missaliyeva

Gedişin ürəyimə dağ çəkdi getdi,

Bütün xatirələri oyatdı getdi. 

Düşünmədi birdən kül olaram mən,

Ömürlük canımı yandırdı getdi.


Baxmadı gedəndə heç dönüb geri,

Hər yeri qoyaraq viranə getdi.

Heç fikir vermədi göz yaşıma da,

Baxaraq önünə daş olub getdi.


Sən demə hər baxışı,hər xoş sözü ,

Riyakarlığının təzahürüymüş.

Sən demə gözünün içində gülüş,

Medalyonunun arxa üzüymüş.

Şərhlər (9)

  1. Uraqan

    @Uraqan

    12 yanvar 26, 22:58

    Pis şeir deyil, amma mən getmək və ölməklə bağlı məsələləri çox sevmirəm. Daha həyat eşqi ilə dolu şeirlər sevirəm. Uğurlar!

    1. M.Aliyeva

      @M.Aliyeva

      12 yanvar 26, 23:05

      Əslində bu şeir məni ifadə etmir.Bir dostum başına gələnləri danışandan sonra onun keçirdiyi hislərə həsr edib yazmışdım,amma nikbin şeirlərim də var.Yaxın zamanda bura əlavə edəcəm.

      1. Uraqan

        @Uraqan

        13 yanvar 26, 17:46

        Böyük maraqla gözləyəcəm...

        1. M.Aliyeva

          @M.Aliyeva

          13 yanvar 26, 17:55

          Minnətdaram. 🙏💙

  2. Orhhan_18

    @Orhhan_18

    12 yanvar 26, 19:35

    "Gedişin ürəyimə dağ çəkdi getdi,
      Bütün xatirələri oyatdı getdi."
    Düz sözə zaval yoxdur😔! 

    1. M.Aliyeva

      @M.Aliyeva

      12 yanvar 26, 19:43

      Bəli,tamamilə doğrudur. Öz fikrinizi bölüşdüyünüzə görə təşəkkür edirəm. 🙏

  3. Fatimə.

    @Fatimə.

    12 yanvar 26, 18:43

    Sən demə gözünün içində gülüş ,

    Medalyunun arxa üzüymüş.

    1. M.Aliyeva

      @M.Aliyeva

      12 yanvar 26, 19:06

      Bəli,yazdığım şeirdə mənim də ən çox sevdiyim bu misralardır.Öz rəyinizi bildirdiyiniz üçün təşəkkür edirəm. 🙏💓

  4. M.Aliyeva

    @M.Aliyeva

    12 yanvar 26, 16:59

    Zəhmət olmasa,düşüncələrinizi söyləmək yaddan çıxmasın.)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol