Sən qəribə adamsan- Missaliyeva

Sən qəribə adamsan- Missaliyeva

Sən qəribə adamsan.


Bəzən yaşlı bir qoca,

Bəzənsə körpə uşaq.

Güləndə qızarırsan —

Sən qəribə adamsan.


Bəzən tamam yad biri,

Bəzən ən gözəl həmdəm.

Necə də qeyri-adi…

Sən qəribə adamsan.


Sən yoluma bir çıraq,

Bir vaxt küskün olduğum.

Bir az təzadlı olan —

Sən qəribə adamsan.


Kirpiklərin ox kimi,

Yaman gözlərə batır.

Ağlı bir ümman olan —

Sən qəribə adamsan.


Yaman qəlbi qarasan,

Bəzən məni mat qoyan,

Bəzən özü mat olan

Sən qəribə adamsan.

Bəlkə də həyatımda

Ən gözəl təsadüfsən.

Bəlkə bir medalyonsan…

Sən qəribə adamsan.


Hər an sanki uçacam,

Göylər məni çağırır.

Sən mənim qanadımsan,

Sən q əribə adamsan. 

Şərhlər (5)

  1. M.Aliyeva

    @M.Aliyeva

    15 yanvar 26, 19:51

    Zəhmət olmasa,əziz oxuyucular, öz düşüncələrinizi bölüşmək yaddan çıxmasın.😊

    1. Aysel

      @Aysel

      15 yanvar 26, 22:11

      Belkədə həyatımda ən gözel tesadüfsen. Yaxşidir✅

      1. M.Aliyeva

        @M.Aliyeva

        15 yanvar 26, 22:14

        Təşəkkür edirəm.🙏

  2. Orhhan_18

    @Orhhan_18

    15 yanvar 26, 19:45

    Hər oxuduğum mətndən və ya çeirdən sevdiyim bir hissə olur. Bu şeirdə anlamı əslində dərin olan cümlələr olsada bəyəndiyim bu oldu:

    Hər an sanki uçacam,

    Göylər məni çağırır.

    1. M.Aliyeva

      @M.Aliyeva

      15 yanvar 26, 19:50

      Fikriniz üçün minnətdarlığımı bildirirəm.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol