Ayaq saxla, gözəlim

Ayaq saxla, gözəlim

Ayaq saxla, gözəlim,

Bir də baxım mən sənə.

Baxım o meşəsində itdiyim yamyaşıl gözlərinə,

Baxım bir səhra təki sarı rəng saçlarına.

​Qolundakı saatın necə işləyir hələ?

Axı sənə baxanda vaxt da durur mənimçün.

Dayan, əzizim, dayan!

Söylə, hara qaçırsan?

Tələskən adətinlə niyə uzaqlaşırsan?

​Getmə, gözlə, bir dayan!

Qoy baxım çoxlu sənə.

İstəsən, öldür məni –

O gözəl gülüşünlə.

Vəsiyyət öldürməni

Edirəm dostlarıma:

Yanağında çuxur var,

Hər güləndə var olar.

Söylə, gömsünlər ora,

Bundan gözəl qəbir var?!


​Ölməkdən danışmayım...

Danışaq, deyək, gülək...

Bax, beləcə bir ömrü

Səninlə yola verək.🪻

Şərhlər (14)

  1. Akşin Abbaszadə

    @Akşin Abbaszadə

    31 mart 26, 16:01

    Qələminizə sağlıq 👏

    1. M.Aliyeva

      @M.Aliyeva

      31 mart 26, 16:45

      Təşəkkürlər 🙏

  2. Qonaq Fəridə

    @Qonaq Fəridə

    31 mart 26, 10:46

    Şeiri oxuyarkən sanki zaman dayandi həmişəki kimi möhtəşəmdir 🫠

    1. M.Aliyeva

      @M.Aliyeva

      31 mart 26, 10:55

      Bir anlıq sizi bu dünyadan uzaqlaşdıra bilmişəmsə, nə xoş mənə!Minnətdaram! 🪻

  3. Şəbnəm

    @Şəbnəm

    30 mart 26, 23:28

    Şeiri oxuyarkən sanki bir anlıq zaman dayandı. Hissləri bu qədər canlı və səmimi təsvir etməyiniz heyranedicidir.Ruhunuza sağlıq, qələminizə qüvvət🥰 🌼🦋 

    1. M.Aliyeva

      @M.Aliyeva

      30 mart 26, 23:41

      Nə gözəl! Dəyərli düşüncələriniz üçün təşəkkür edirəm,Şəbnəm xanım. ✨️🪻

  4. Rəna Cahangirli

    @Rəna Cahangirli

    30 mart 26, 20:38

    Bəzən misraların arasından bir ruh boylanar, sənə sözləri yox, o içdəki sükutu hiss etdirər... Sənin bu sətirlərin mənə şeiri deyil, o ən daxili, o ən gizli insan nəfəsini pıçıldadı. Zamanı saatla yox, bir qəlbin digərində tapdığı o sarsılmaz hüzurla ölçənlər üçün bu, bir oyanışdır. Bu incəliyi duymaq, o dərinlikdə özünü tapmaq o qədər başqadır ki...🪻

    1. M.Aliyeva

      @M.Aliyeva

      30 mart 26, 20:44

      Dəyərli fikirləriniz üçün minnətdaram,Rəna xanım.🪻

  5. S....

    @S....

    30 mart 26, 19:02

    Ruhunuza sağlıq, çox gözəl alınıb. 🫶🏻✨ 

    1. M.Aliyeva

      @M.Aliyeva

      30 mart 26, 19:19

      Çox sağ olun,Semnarə xanım.🩷🪻

  6. Ali Nazarov

    @Ali Nazarov

    30 mart 26, 15:10

    Möhtəşəm👏👏

    1. M.Aliyeva

      @M.Aliyeva

      30 mart 26, 15:22

      Təşəkkürlər 🙏

  7. SVDA

    @SVDA

    30 mart 26, 14:09

    ÇOOX gözəl şeidir.Əllərinzə,ürəyinizə sağlıq❤️😍

    1. M.Aliyeva

      @M.Aliyeva

      30 mart 26, 14:18

      Çooox sağ olun,minnətdaram! 🪻💖

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol