Tək sənə həsrətəm, tək sənə möhtac

Tək sənə həsrətəm, tək sənə möhtac

Tək sənə həsrətəm, tək sənə möhtac 


Xəyalım dolanır hey uzaqlarda, 

Bilmirəm mən səni axtarım harda. 

İyul günəşisən sən dekabrda

Tək sənə həsrətəm, tək sənə möhtac. 


Gecələr yuxum yox, gündüz qərarım, 

Sən idin dünyada qiymətli varım. 

Məni atıb gedən sevgili yarım,

Tək sənə həsrətəm, tək sənə möhtac. 


Çarəsiz qalmışam sən gedən gündən, 

Bütün insanlara olmuşam düşmən. 

Dünyadan əl üzüb tənha qalan mən, 

Tək sənə həsrətəm, tək sənə möhtac. 


Qışda baharımsan, yayda qarımsan, 

Sənsiz tam olmuram, mənim yarımsan.

Həyata keçməyən arzularımsan, 

Tək sənə həsrətəm, tək sənə möhtac. 


Baxdığım hər üzdə səni görürəm, 

İşığım sən idin, daha sönürəm.

Sənin yoxluğundan hər gün ölürəm,

Tək sənə həsrətəm, tək sənə möhtac. 


Şərhlər (24)

  1. Qonaq Fəridə

    @Qonaq Fəridə

    09 aprel 26, 11:05

    Şeirin hər misrasinda yarım qalmış xatirələr var şeiri oxuduqca  onu xatırladım 

    1. Şəbnəm

      @Şəbnəm

      10 aprel 26, 06:53

      Təşəkkür edirəm 🥰 

  2. Orhhan_18

    @Orhhan_18

    06 aprel 26, 09:15

    Bu şeiri oxuduqca onu xatırladım. Həqiqətəndə çox gözəl şeirdir hər bir sətrin öz ahəngi var.

    1. Şəbnəm

      @Şəbnəm

      07 aprel 26, 11:58

      Çox təşəkkür edirəm 😊 

  3. Qonaq Anonim

    @Qonaq Anonim

    03 aprel 26, 07:41

    İlk dəfə siz yazan  şeiri oxudum,həmişə düşünürdüm niyə şeir yazmırsız. Çox gözəl yazmısız. 

    1. Şəbnəm

      @Şəbnəm

      03 aprel 26, 10:21

      Təşəkkür edirəm🥰 . Şeirlərim var mənim🤭 

  4. Lamiyə

    @Lamiyə

    02 aprel 26, 23:10

    Şeirin hər misrasinin bir ayri gözəllik Var, ahəngi 👌 iyul günəşimsən sən dekabrda bu misra məni daha çox kövrəltdi 

    1. Şəbnəm

      @Şəbnəm

      02 aprel 26, 23:14

      Təşəkkür edirəm, var olun 🥰 

  5. Nigar Piriyeva

    @Nigar Piriyeva

    02 aprel 26, 21:28

    Diləyatımlı ahəngi var , beynimdə mahnı kimi səsləndi 👍🏻

    1. Şəbnəm

      @Şəbnəm

      02 aprel 26, 21:32

      Təşəkkür edirəm, var olun 🥰 

  6. M.Aliyeva

    @M.Aliyeva

    02 aprel 26, 20:39

    "Cənab,bu gedişləriniz məni şair,sizi şeir edəcək..."

    ~Didem Madak

    1. Şəbnəm

      @Şəbnəm

      02 aprel 26, 20:44

      Gözəl deyib🥰 

  7. S....

    @S....

    02 aprel 26, 20:39

    Əllərinizə sağlıq necə də gözəl şeirdi 💞 

    Sənsiz tam olmuram, mənim yarımsan

    Həyata keçməyən arzularımsan

    Tək sənə həsrətəm, tək sənə möhtac.

    1. Şəbnəm

      @Şəbnəm

      02 aprel 26, 20:44

      Təşəkkür edirəm, var olun 🥰 

  8. R. Hüseynova

    @R. Hüseynova

    02 aprel 26, 20:38

    Məni atıb gedən sevgili yarım,

    Tək sənə həsrətəm,tək sənə möhtac. 

    1. Şəbnəm

      @Şəbnəm

      02 aprel 26, 20:44

      Təşəkkürlər🥰 

  9. Hevva

    @Hevva

    02 aprel 26, 20:35

    Çox qəşəngdir🫠

    1. Şəbnəm

      @Şəbnəm

      02 aprel 26, 20:37

      Təşəkkür edirəm, var olun 🥰 

  10. Sübhane

    @Sübhane

    02 aprel 26, 20:28

    iyul güneşimsen sen dekabrda,tek sene hesretem tek sene mohtac🙂

    1. Şəbnəm

      @Şəbnəm

      02 aprel 26, 20:32

      Təşəkkürlər🥰 

  11. Aynur Yusifova

    @Aynur Yusifova

    02 aprel 26, 20:20

    Həyata keçməyən arzularımsan, 🥺😔🥺😔


    Tək sənə həsrətəm, tək sənə möhtac.

     

    1. Şəbnəm

      @Şəbnəm

      02 aprel 26, 20:32

      Təşəkkürlər 🥰❤️ 

  12. Fəxriyyə

    @Fəxriyyə

    02 aprel 26, 20:04

    Həyata keçməyən arzularımsan💜 uğurlar🌸

    1. Şəbnəm

      @Şəbnəm

      02 aprel 26, 20:09

      Təşəkkür edirəm 🥰

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol