Cansız ruhlar

Cansız ruhlar

İsti kül üstündə bir alov yanır,

Soyuq məzar üstə axır gözyaşı.

Ölən buz kimidir,gözyaşı isti,

Soyuq nəzərlərlə baxır başdaşı.

Sağlıqda bircə gül qıymamışdılar,

İndi gülüstantək bəzənib məzar.

Diriykən saya da saymamışdılar,

İndi çiyinlərdə o mərhum gəzər .


Dedilər,-"Bircə tək ad qalar yadda"

İndi adını da aldılar ondan,

Bir vaxt deyərdilər,-"Filankəs orda"

İndi isə "meyidi qaldırın ordan!"


Səsini namərdcə kəsdilər onun,

İndi eşitməkçün saçı yolurlar.

Beləcə nə qədər cansız ruhları ,

Burdan son mənzilə yola salırlar...


Şərhlər (10)

  1. XeYka

    @XeYka

    24 aprel 26, 01:30

    Sadəcə Möhtəşəm... Qələminizə sağlıqq

    1. M.Aliyeva

      @M.Aliyeva

      24 aprel 26, 05:20

      Minnətdaram! 🙏

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    23 aprel 26, 13:48

    Həyatın tam gərkəyi...

    1. M.Aliyeva

      @M.Aliyeva

      23 aprel 26, 13:53

      Əfsuslar olsun ki, belədir.🩶

  3. Akşin Abbaszadə

    @Akşin Abbaszadə

    23 aprel 26, 10:18

    Haqlı fikirlər 👏 Uğur olsun

    1. M.Aliyeva

      @M.Aliyeva

      23 aprel 26, 13:17

      Təşəkkürlər.🙏

  4. Kəmalə

    @Kəmalə

    21 aprel 26, 20:58

    Əlinizə, ruhunuza sağlıq.

    1. M.Aliyeva

      @M.Aliyeva

      21 aprel 26, 21:04

      Təşəkkür edirəm. 🌸

  5. Fidan Həsənli

    @Fidan Həsənli

    21 aprel 26, 20:54

    Gözəl idi, əlinizə əməyinizə sağlıq♥️

    1. M.Aliyeva

      @M.Aliyeva

      21 aprel 26, 20:55

      Minnətdaram! 🌷

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol