...Sabah Ulduzu...

  • Salam Dünya, mən sizin yaxşılıq ulduzunuz Sabahın ulduzu Lusifer. Bəli, digər adımla Şeytan. Bu gün sizinlə Xəzərin sahilində görüşmək istədim.

Uzaqdan bir şəxs qışqıraraq deyər:
– Rədd ol get işini gör, axmağın biri axmaq. Şeytan çıxıb başımıza. Sabah da gəlib deyərsən ki mən “Tanrı”yam.

  • Zevkin, bu axmaq nə deyir belə?
  • Sən onu dinləmə, Lusifer. O səni həqiqətən Cəhənnəmin imperatoru Lusifer olduğunu bilsə ayaqlarından yapışar, buraxmazdı.
  • Tamamilə doğru deyirsən, Zevkin. İndi isə gəl tətilimizin ləzzətini çıxaraq.
  • Əlbəttə, Lusifer.

Bir gün cəhənnəmdən bir mələk sıxılıb dünyaya enər və özü ilə Zevkin adlı iblisini gətirər. Bu mələk hər kəsin Şeytan deyə tanıdığı işıq gətirən. Bildiyimiz kimi desək, Lusifer Sabah ulduzu. Niyə Sabah ulduzu? Bu sual çox maraqlıdır, mənim isə cavabım belədir. Sabah ulduzu ayın batması və günəşin doğması anında qalan o qaranlıq parlaq işıqdır. Biz onu daima görmürük. Bunu sadəcə gündə bir dəfə görə bilərsiniz. Amma o hər zaman var, dünyanız üzərində fırlanan qaranlıq parlaq işıq. Sabah ulduzu adını da buradan alır. İşıq gətirən Sabah ulduzu, yəni içi gecə kimi qaranlıq olsa da gəlişi bir işığın gəlişidir səhər ulduzunun...

  • Zevkin, bura haradır belə?
  • Bura bu insanların sevdiyi ən yaxşı yerlərdən imiş. Bakı Dənizkənarı Bulvar.
  • Zarafat edirsən? Bunlar Dubai, Los Angeles və başqa yerləri görməyiblər ki.

Lucifer ətrafa baxınıb qəribə tipdə, uzun saçlı uzun bir oğlanın gəldiyini görür və ona yaxınlaşır.

  • Hey, Napolyon adam, mənə bax.
  • Mənə dedin, ala? Bu nə danışıqdır? – deyib sağ əlini qaldırar.
  • Aciz insan, gözlərimin içinə bax. Sən heç məni tanımırsan.
  • Sən kimsən, ala?
  • Mən yaradılışın ən gözəl möcüzəsi Lusifer Sabah ulduzu. İndi isə de mənə görüm, harada əylənməyə yer tapa bilərəm?
  • Eh, axmaq adam, necə bir əyləncə istəyirsən?
  • Qızlar, tekila, viski, seks. Sabahlara qədər əylənək.
  • Həəə... Belə denən. Sən ərəblərin getdiyi yeri deyirsən.
  • Həəə... Ən sevdiyim insanlar Bakı ərəbləri. Fahişələrlə oynaşıb, içib, əyləndikdən sonra evə qayıdan o təmiz cəhənnəmlilər. Onlar evə elə dönür ki sanki anasının bətnindən yeni çıxarılıb.
  • Nə dediyindən qram anlayışım yoxdu, amma sənə oranı tərif edə bilərəm. Lakin qarşılığı olmalıdır – deyib göz qırpır.
  • Ay yazıq insan, de. Buyur, bu da 1000 dollar. Atanın evinin padvalında fahişələrlə əylənərsən.
  • Sən atamı haradan tanıyırsan?
  • Cəhənnəmdə fahişələrlə birlikdə yanırdı vicdan əzabında, orada görmüşəm.
  • Vicdan? Bəs alov, qazan deyildi o?
  • Yox, səni axmaq insan. Siz insanlar çox axmaqsınız. Orada sadəcə alovda yox, vicdan əzabında da yanırsan...
  • Vicdan? O nə olan şeydir elə? Neçəyə satırsan, de görüm.
  • Atanın yanında öyrənərsən. Bu yaxşılığımı da unutma. Mən getdim, axmaq.

Lusifer Zevkin ilə birlikdə yola düşər və Bulvardakı qəribə oğlanın dediyi yerə gedərlər.

Hekayəm burada bitməməliydi, amma mən sizə Lusiferin necə fahişələrlə oynaşdığından yazmaq üçün yox, hər gün günahlarınızı üzərinə ataraq söyüb, lənətlədiyiniz Şeytan adının dərinliyinin nə qədər olduğunu sadəcə göstərdim. Görün bu mələk nə qədər Böyük olar. Bir də narahat olmayın, Şeytan Bakıya gəlsə fahişələrlə oynamağı yox, insanlara kömək etməyi seçərdi. Ona hər gün söyüb, lənət oxuyan insanları...