Qısa şeir - Zeynəb

Qısa şeir - Zeynəb

Dünya, səndən narazıyam


Gəlib çatdım — yaş otuzdur,

Dünya, səndən narazıyam.

Giləyliyəm, güzarlıyam,

Dünya, səndən narazıyam.


Düzə əyri, pisə yaxşı —

Dünya, səndən narazıyam.

Giləyliyəm, güzarlıyam,

Dünya, səndən narazıyam.


Köçüb getsəm elə bu gün,

Dünya, səndən narazıyam.

Qara bəxtim, qara taxtım —

Tabutuma qara yaxdın.

Düşüb ölsəm əgər bu gün,

Dünya, səndən narazıyam.


Dönüb bir də geri baxdım,

Beşə baxdım, ona baxdım,

Elə səndən narazıyam.

Gəldim çatdım on beşə də,

Baxdım — yoxdur ağ tərəfin,

Elə mənə qara yaxdın,

Dünya, səndən narazıyam.


Mənə qaldı dərdin, sərin,

Bayramlarda sınıqlıqlar...

Otuz yaşda dərdlər, şeirlər —

Gəldim-getdim bu dünyadan,

Dünya, səndən narazıyam.


Narazıyam çiçəklərdən,

Yazda əsən o küləydən,

Ağaclardan, o bağlardan,

Dağda axan o sulardan,

Dünya, səndən narazıyam.


Giləyliyəm həkimlərdən,

Yersiz gələn o qripdən,

Bax, daralan o köksümdən —

Dünya, səndən narazıyam.


Əl çəkmədin, hep izlədin,

Gəlib tapdın — ya sən məni,

Ya da candan əzizləri...

Qara üzün qaldı mənə,

Ağ üzünü heç görmədim,

Dünya, səndən narazıyam.

Giləyliyəm, güzarlıyam.


Köksümdəki bu inilti,

Heç kəsməzmi bu sızıltı?

Ağrıdırmı hep beləmi?..

Dünya, səndən narazıyam.

Giləyliyəm, güzarlıyam.

Şərhlər (4)

  1. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 00:16

    Şeirinizin mütləq bir adı olmalıdır. Məs:"Dünya səndən narazıyam" . Ondan başqa yaxşıdır. Uğurlar 🙏🏻 

  2. SİMURQ

    @SİMURQ

    29 iyun 25, 01:01

    İnsanlarında zehni bir dünya qədər zəngindir. Sanki bir xəzinə sandığına bənzəyir. Bəzi insanlar onu bir küncdə tozlanmağa tərk edir, bəziləri isə içindəki dəyərli qızıl və daşlardan faydalanır. Sizdə o xəzinədən şeir yaradaraq bəhrələndiniz. Ümid edirəm şeirlərinizin davamı gələr. Uğurlar arzulayıram. 

  3. AytenCelilova

    @AytenCelilova

    28 iyun 25, 23:32

    Uğurlar🌟

  4. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    28 iyun 25, 23:07

    Sözlər gözəldir sadəcə şeir kimi yazılışında səglər var biraz daha çalışılmalıdı

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol