Sual dolu baxışlar - Aytən Cəlilova

Sual dolu baxışlar - Aytən Cəlilova
Gözləri dolan, xanım!
O qədərmi yorğun qəlbin?
Gözlər dolub – nə çarədir?
Ürək dolub – biçarədir...
Baxıram səssiz sənə,
Yorğun gözlər görürəm.
Bu göz yaşı nə üçün?
Dəyərmi onun üçün?
Sözləri bitən, xanım!
O qədərmi ağır qəmin?
Sözlər bitib – nə çarədir?
Nəfəs bitib – biçarədir...
Ağ saçların bir pambıq,
Qırışların dərindir.
Axı dərdin nədəndir?
Hər biri bir kədərdir...
Əlləri titrək, xanım!
O qədərmi sönmüş sevgin?
Səssizlikdə susub qalıb,
Bir vaxtlar danışan dilin.
Bir pəncərə var: açıq...
Yağış damır səssiz-səssiz.
Otaqda yalnız sənsən,
Bir də keçmişin səsi...

Şərhlər (32)

  1. XIII

    @XIII

    07 iyul 25, 17:56

    Şeir çox gözəl və aktual məsələyə yönlənib,uğurlar arzu edirəm Şairə,yolundan dönmə,yaz.:)

    1. AytenCelilova

      @AytenCelilova

      09 iyul 25, 13:28

      Təşəkkürlər😇 

  2. XeYka

    @XeYka

    04 iyul 25, 02:01

    Çox Gözəl Şeirdir. Qələminizə Sağlıq. Uğurlar olsun!✨

    1. AytenCelilova

      @AytenCelilova

      04 iyul 25, 17:46

      Minnətdaram😇

  3. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 19:40

    Siz ilk şeir yazanlardansınız. Yazmağa davam edin. Sizin diliniz mənim xoşuma gəlir. Bizi buraxmayın. Səbirsizliklə gözləyəcəm.

    1. AytenCelilova

      @AytenCelilova

      04 iyul 25, 17:46

      Təşəkkürlər🥰

  4. SİMURQ

    @SİMURQ

    29 iyun 25, 00:56

    İlk şeiriniz, ilk paylaşımınız üçün sizi öncəliklə səmimi qəlbdən təbrik edirəm. Və onuda bildirmək istəyirəm ki, önəmli olan necə təqdim edilməsi deyil necə hiss etdirməsidir. Siz isə doğru yoldasınız,  paylaşımlarınızın davamını gözləyirəm. Yazmaqdan,paylaşmaqdan heç zaman ümidinizi üzməyin. 

    1. AytenCelilova

      @AytenCelilova

      29 iyun 25, 01:39

      Təşəkkür edirəm🌟Bu şərhiniz sayəsində itmiş ümüdimi yenidən qazandım.Minnətdaram dəstəyiniz üçün😇

  5. Ləman Əhədova

    @Ləman Əhədova

    28 iyun 25, 23:17

    Şeir məni duyğunlandırdı Bəzən həqiqətən də 

    Adi bir şeylərə insanın gözü dola bilir.

  6. ramil

    @ramil

    28 iyun 25, 19:48

    İlk şeirinizdir və gözəl alınıb )

    Amma burdan oxucu kateqoriyasından yüngül xahişim var,əgər şeirdən xoşunuz gəlməyibsə,nəysə iradınız varsa onu şəxsi hesabında bildirə bilərsiniz,

    İnsanıq hər kəs şeir yaza bilmir,ilk dəfə belə şeir yazıbsa böyük bir irəliləyişdir.

    Ona görədə ruhdan salmağa ehtiyac yoxdur məncə.

    •Uğurlar sizə Aytən xanım)

    1. AytenCelilova

      @AytenCelilova

      28 iyun 25, 22:15

      Təşəkkür edirəm🌟Özümdə çoxda gözəl alınmadığını əlbətdəki bilirdim.Paylaşmaqda tərəddütdə etdim doğrusu amma yenədə sizlərlə bölüşüb daha nələri düzəldə bilərəm və bir kənar baxış fikri necədir deyə çəkinmədən paylaşmaq istədim.Mənim başqa və çox insan tərəfindən bəyənilmiş şeirlərim var amma bunu dünənlərdə gördüyüm bir yaşlı qadından təsirlənib yazdım və üstündə elədə işləmədim hətta ilk sizlərlə bölüşdüm.Məna baxımdan dərin gəldiyi üçün sizlərdən tövsiyyə almaq istədim çünkü ətrafımda belə dərin baxışlı anlayışlı davranan heçkəs olmadığı üçün paylaşdım.Birdaha təşəkkür edirəm ki sizlər kimi anlayışlı insanlar hərzaman azda olsa var.💫

      1. ramil

        @ramil

        31 iyul 25, 23:34

        Bəli təbii ki,bu normal haldı hər yazılan yazı,şeir bir təcrübədir,yazdıqca inkişaf edir.Sizində yanaşmanız çox gözəldir...)

        Uğurlar 🌟

  7. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    28 iyun 25, 18:36

    Sözələr gözəldir mənalıdır ama bəzi yerlərdə tələffüz edərkən şeirdən çıxır üstündə nirəzdə işlənsə gözəl olacaq 

    1. AytenCelilova

      @AytenCelilova

      29 iyun 25, 00:06

      Təşəkkürlər fikirlərinizi bölüşdüyünüz üçün🌟

  8. Fatimə Bayramova

    @Fatimə Bayramova

    28 iyun 25, 17:38

    Şeiriniz çox xoşuma gəldi,lakin xitab məqamlarında müəyyən səhvlər var. Məs: "Gözlərin dolan xanım" və "Sözləri bitən xanım" daha çox söz birləşməsidir və onların birlikdə xitab kimi işlənməsi daha doğru olar . Uğurlar 🙏🏻

    1. AytenCelilova

      @AytenCelilova

      29 iyun 25, 00:03

      Təşəkkürlər fikrlərinizi bölüşdüyünüz üçün🌟

      1. Fatimə Bayramova

        @Fatimə Bayramova

        03 iyul 25, 00:12

        Siz sağ olun 🙏🏻

  9. SİRİUS

    @SİRİUS

    28 iyun 25, 17:05

    Heç nə başa duşmedim . Sadəcə qəmli baxan bir qoca ruh var idi şəkilde. Sözlər qarmaqarışıqdir. Bir birinin ardınca gəlmir sanki. 

    1. AytenCelilova

      @AytenCelilova

      28 iyun 25, 22:22

      İlk dəfə sayıtda birşey yerləşdirdiyim üçün 4 misra, 6 kupletdən ibarət şeirdə misralar ard-arda düzüldü.Dünən yazdım və üzərində də çoxda işləmədim çox təəssüf ki.

  10. Sunay Məmmədova

    @Sunay Məmmədova

    28 iyun 25, 15:59

    Üzündə illərin buraxdığı iz,

    Gözlərində solmuş baharın dizi.

    Susar əllərində yorğunluq dilsiz,

    Sən bu səssizliyin içində yanan,

    Zəmanə dərdini çəkən bir anan.

                                Bəxtiyar Vahabzadə -"Ana"

    Anaların çəkdiyi əziyyət, çiyinlərindəki yük...hər zaman yorulsada, bezsədə onu dilə gətirməyən güc. Ana üçün ən acısı övladını itirməkdir, fərqi yoxdur yaş neçə olur-olsun. Öz evimdə, öz gözlərimlə şeirdəki anaya şahid olub, onu gördüm. Hər bir ana nə yükü çəkərsə çəksin, dözər, qatlaşar, lakin övlad dərdi...

    Allah heç kəsə belə ağır dərdlər yaşatmasın🙏🏻

    1. AytenCelilova

      @AytenCelilova

      29 iyun 25, 00:02

      Amin İnşallah🙏Minnətdaram fikrlərinizi bölüşdüyünüz üçün.🌟

  11. Röyane

    @Röyane

    28 iyun 25, 15:57

    Sözleri yan yana düzende şerr olmur axı. Çox çalışmaq lazımdı uğurlar. 

  12. MinayNadirova

    @MinayNadirova

    28 iyun 25, 15:57

    Çox gözəl anlınıb amma bəzi Hissələrində  sanki onun yerinə başqa söz olsa daha maraqlı olardı

    1. AytenCelilova

      @AytenCelilova

      09 iyul 25, 13:32

      Fikrinizi bölüşdüyünüz üçün təşəkkürlər🌟

  13. Fatima

    @Fatima

    28 iyun 25, 15:57

    Şeir çox xoşuma gəldi. Mənalı şeirdi. İnsanı düşündürür. Burada yaşlılıq deyil yaşanmışların buraxdığı izlər danışır. İnsanda çox güclü təsir buraxır.

    1. AytenCelilova

      @AytenCelilova

      28 iyun 25, 22:54

      Təşəkkürlər🌟

  14. Xədicə Həmid

    @Xədicə Həmid

    28 iyun 25, 15:51

    Məna cəhətdən yaxşıdır, dərin mənası var. Quruluş cəhətdən işlənməlidir. Amma mahnı kimi tətbiq edilsə bu şeir gözəl səslənər

    1. AytenCelilova

      @AytenCelilova

      28 iyun 25, 23:59

      Təşəkkürlər🌟

  15. Dərya Qasımova

    @Dərya Qasımova

    28 iyun 25, 15:20

    Şeir çox xoşuma gəldi. Bir qadının, necə zəhmətlərə qatlaşdığı, amma bunlara baxmayaraq hər zaman mübarizə aparması, güclü qalması necə də gözəldir..

    1. AytenCelilova

      @AytenCelilova

      28 iyun 25, 23:59

      Təşəkkürlər🌟

  16. Aynur Yusifova

    @Aynur Yusifova

    28 iyun 25, 14:22

    Çox mənalı bir şeirdi.

    Burda bir qadının yorğunluğundan,  tənhalığından və onun illərdi yorulmuş ruhundan danışmısız kimi təəssürat bəxş etmisiniz.

    Ölümlü dünyada hər kəsə xeyirli yaşlılıq,arzu edirəm.

    Sizə də təşəkkürlər.Anıayan üçün gözəl şeirdi

    1. AytenCelilova

      @AytenCelilova

      28 iyun 25, 16:25

      Təşəkkürlər🌟

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol