Dilsiz divarlar...

Dilsiz divarlar...

Gecənin bağrına sükut səpilir,

Ulduzlar göylərdə yetim tək qalır.

Hər sönən çıraqla ümid qırılır,

Kədər ruhumuza qonaq tək qonur.


Döşənir yollara qaranlıq izlər,

Daha pıçıldamır dilsiz divarlar.

Yuxulu gözlərdə yorulmuş izlər,

İçimdə boy atan sonsuz qubar var.


Zaman bir dənizdir, sahil görünmür,

Biz bu fırtınada kiçik bir gəmi.

Dərd elə ağır ki, dildə bölünmür,

Yalnız gecə bilir çəkdiyim qəmi.


       Müəllif: Sirli Yazar___🖋️

Şərhlər (2)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    02 may 26, 16:57

    Yalnız gecə bilir çəkdiyim qəmi...

    Kimsə kimsəni bilməz ...

  2. NƏZRİN

    @NƏZRİN

    30 aprel 26, 21:13

    Nə məqsədlə olub

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol