Sizdən Gələnlər / Məqalə
YENİ
“Sən Doğrudan Özünsən, Yoxsa Başqalarının Versiyası?”
Səhər telefon ekranı açılır və insan öz gününə yox, başqalarının həyatına daxil olur. Bir az filankəsin görünüşü, bir az cəmiyyətin səsi, bir az da “belə olmalısan” deyən gözləntilər onun üzünə yapışır. Sonra güzgüyə baxanda gördüyü adam doğrudan özüdürmü, yoxsa illərlə başqalarının əlində yoğrulmuş bir obrazdır? Bu yazı insanın özünü birdən yox, yavaş-yavaş, fərqinə varmadan necə itirdiyini soruşur.